Əməlsiz alim təmsil dilində
Mьəllif: admin1
Tarix: 19-07-2019, 15:55
Əməlsiz alim təmsil dilində
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 44-cü ayəsində buyurur:

أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلاَ تَعْقِلُونَ

“Xalqı yaxşılığa dəvət edib, özünüzü unudursunuzmu? Halbuki siz (səmavi) kitabı oxuyursunuz. Məgər düşünmürsünüz?”

Yəhudi alimləri İslam Peyğəmbərinin (s) besətindən qabaq xalqı son peyğəmbərə iman gətirməyə çağırırdılar. Onlar növbəti peyğəmbərin zühuru ilə xalqa müjdə verirdilər. Amma həmin peyğəmbər zühur etdikdə, alimlər özləri iman gətirmədilər. Onlar İslamı qəbul etmiş yaxınlarına müsəlman qalmağı tövsiyə etdikləri halda, özləri müsəlman olmurdular.[1]

Rəvayətdə buyurulmuşdur: “Başqalarını behiştə dəvət edib, özü cəhənnəm əhli olan alim ən böyük və çətin həsrətlər çəkəcəkdir.”[2]

Tilavətin (burada: dəvət) haqqı əməldir. İmam Sadiq (ə) buyurmuşdur: “Xalqı təkcə sözlə yox, həm də öz əməllərinizlə dəvət edin.”

İmam Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur: “And olsun ki, öncə özüm bir işi görməmiş sizi ona dəvət etmirəm. Özüm öncə bir işi tərk etməmiş sizi həmin işi tərk etməyə çağırmıram.[3]

“Nəhcül-bəlağədə” buyurmuşdur: “Özünü başqalarına imam qərar verən kəs əvvəlcə özünü tərbiyə etməyə başlamalıdır.”[4]

İmam Kazim (ə) buyurmuşdur: “Dediyinə əməl edən alimlərə salam olsun. Vay olsun təkcə danışan alimlərə.”[5]

Əməlsiz alim təmsil dilində

a) Quranda əməlsiz alim kitab yükü daşıyan ulağa bənzədilir. Bu ulaq daşıdığı yükdən faydalanmır.[6]

b) Rəvayətlərdə bildirilir:

–Həzrət Peyğəmbər (s): “Əməlsiz alim bir çırağa bənzəyir ki, özü yanır, nuru isə xalqa çatır.”[7]

–Həzrət Peyğəmbər (s): “Əməlsiz alim kamansız ox atana bənzəyir.”

–Həzrət İsa (ə): “Əməlsiz alim evin damına qoyulmuş çırağa bənzəyir. Bu evin otaqları qaranlıqdır.”[8]

– İmam Əli (ə): “Əməlsiz alim səmərəsiz (meyvəsiz) ağac, infaq olunmayan xəzinə kimidir.[9]

–İmam Sadiq (ə): “Əməlsiz alimin moizəsi baş üzərinə yağan yağış tək qəlblərə nüfuz etməz.”[10]

v) Alimlərin dilində:

–Əməlsiz alim xəzinə üstə yatmış aca, bulaq başında oturmuş təşnəyə, dərddən nalə çəkən təbibə, daim dərman nüsxəsini oxuyub onu qəbul etməyən xəstəyə, sözü əməlindən fərqlənən münafiqə və cansız cəsədə bənzədilmişdir.

Bildirişlər

1. Yaxşı işə dəvət edən kəs özü yaxşı işləri ilə tanınmalıdır.

2. Əgər unutqanlığımızın müqəddiməsini özümüz yaratmışıqsa, heç bir üzrümüz yoxdur. Yalnız unutqanlığında günahı olmayan kəsin üzrü qəbuldur.

3. Səmavi kitabı tilavət etmək (oxumaq) kifayət deyil. İlahi kəlamları düşünmək lazımdır.

4. Unutqanlıq özü də düşüncəsizlik nişanəsidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 44-cü ayənin təfsiri.)


[1] “Təfsiri-nümunə”, c.1, səh.214.

[2] “Biharul-ənvar”, c.2, səh.37.

[3] “Nəhcül-bəlağə”, xütbə 175.

[4] “Nəhcül-bəlağə”, qısa kəlamlar 73.

[5] “Biharul-ənvar”, c.7, səh.99.

[6] “Biharul-ənvar”, c.7, səh.100.

[7] “Kənzül-ümmal”, hədis 29109.

[8] “Biharul-ənvar”, c.14, səh.309.

[9] “Qurərul-hikəm”.

[10] “Biharul-ənvar”, c.2, səh.39.


(Maide.az)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930