Buna görə məni bağışla...
Mьəllif: admin1
Tarix: 22-07-2019, 18:53
Buna görə məni bağışla...
Allahım, Sənin dərgahında dayanmışam və Sənə tərəf əllərimi qaldırmışam. Bunu yaxşı bilirəm ki, Sənə yaxşı bəndəlik edə bilmirəm və günahlarım çoxdur. Əgər həya yolunu tutsaydım, Səndən bağışlanma istəməkdən çəkinərdim.

Ancaq Allahım...

O zaman ki, günahkarları dərgahına qəbul etdiyini eşidirəm və onları bağışlayacağın vədini verdiyindən agah oluram – mənim də qəlbim titrəyir və ümid nuru alovlanır. Sən mehribanların ən mehribanısan. Ona görə də Sənə pənah aparıram bu xata və günahlarımdan.

Məni bağışla...

Göz yaşlarım xatirinə məni bağışla.

Gecə ibadətlərimə xatir məni bağışla.

Yoxsullara etdiyim infaqa görə məni bağışla.

Valideynlərimə etdiyim yaxşılıqlara görə məni bağışla.

Sənin haramlarından çəkinib, ancaq halallarına üz tutduğum üçün məni bağışla.

Sənin bağışlayan olmana ümid bəslədiyim üçün məni bağışla.

Sənin məni nə qədər sevdiyini və məni nə qədər əziz tutduğunubilmidiyim üçün çox xəcalət çəkirəm. Ancaq yenə də bağışlanma istəyirəm.

Allahım, məni bağışla...

Bağışla ki, dərgahına üzü ağ və alnı açıq gəlim.

Bağışla ki, mələklərin yanında xəcalətli olmayım.

Bağışla ki, Sən bağışlayanların ən böyüyüsən. Səndən başqa getməyə qapım və dayağım yoxdur. Ancaq Sənə sığınır və ancaq Səndən istəyirəm.

Çünki Sən həmişə mənimləsən. Mənim qəlbimin dərinliklərində olandan ancaq Sən xəbərdarsan. Yaxşı bilirsən ki, etdiyim bu xatalar qəflətimə görədir, Sənə itaətsizliyə görə deyildir.



Ona görə məni bağışla...
(Deyerler.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031