Sehr edən şəxs, dinimizin nəzərində kafir sayılır
Sehr – möcüzəvi bir əməldir ki, bəzən insanın bədəninə təsir qoyar və bəzən də ruhuna. Sehr əksər çox hallarda insanları aldatmaq xarakteri daşıyır.
Bəzən sehrdən ərlə arvadı bir-birindən ayırmaq üçün istifadə edirlər. Sehrlərin əksər hissəsi fiziki maddələrdən düzəldilərək, insanları aldatmaq niyyətini daşıyır. Dinimizin nəzərinə görə, sehri öyrənmək və ya ona əməl etmək haramdır. İmam Əlinin (ə) nəzərinə görə, belə insan kafirdir və onun Allahla rabitəsi qət olar. Bəzi Quran ayələrinin nəzərinə görə, sehrin təsir etmək qüvvəsi mövcuddur. Belə ki, Qurani-Kərim buyurur: “Lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!». Lakin onlar o iki mələk vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!”. (“Bəqərə” 102). İmam Əli (ə) buyurur: “O kəs ki, sehr öyrənər – istər az olsun, istərsə də çox – kafir olmuşdur. Onun Allahla rabitəsi tamamilə qət olar”. Ona görə də bu əməldən çəkinmək lazımdır ki, insan kafir olmasın. Çünki sehr və cadu – şeytana (lən) aid əməllərdir, möminə yaraşmaz. /Deyerler.org/ Oxşar xəbərlər
|