Niyə həcc heç zaman tətil olmur?
Həcc – dinimizin vacib əməllərindəndir. İslamın nəzərinə görə, hər maddi imkanı olan insana şamil edilər.
“Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir. Onda (Allahın tövhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa – amandadır (amanda olmalıdır). Allahın insanların – əlbəttə, ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur”. (“Ali-İmran” 96-97). Bir nəfər Həzrət Peyğəmbərə (s) belə sual verir ki, əgər mal-dövlətimi Allah yolunda infaq etsəm və sədəqə versəm, həccin savabına malik olarmı? Həzrət (s) buyurur: “Əbu Qəbis dağına nəzər sal. Əgər bu dağ sənin üçün qırmızı qızıl olsa və onu Allah yolunda xərcləsən – bir hacının savabına belə çatmazsan”. Ona görə də dinimizin nəzərinə görə həcc tətil edilə bilməz. “İnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı)və heç bir aydın səma kitabı olmadan, həmişə Allah barəsində mübahisə edir”. (“Həcc” 8). Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: “Həccin mənfəətləri iki cürdür. Həm dünyəvidir və həm də axirətlik. İnsanlar müxtəlif diyarlardan, müxtəlif irqlərdən bir yerə toplaşar və həmrəy olarlar. Kiçik bir cəmiyyəti meydana gətirərlər. Heç kəsin onun qarşısında müqavimət göstərməyə qüdrəti çatmaz. Ona görə də müsəlmanlar vahid bir ümmət olan zaman hər bir mümkünsüzü mümkün etməyə gücləri çatar”. /Deyerler.org/ Oxşar xəbərlər
|