Ustad Qiraəti həccə gedərkən, daxildən gələn səs ona nə dedi?
Ustad Qiraəti həccə getmək xatirəsini bizlərlə bölüşür. Alim buyurur: “Bir il həccə getmək istəyirdim və öz-özümə dedim ki, budəfəki həccim qəbul olunan olmalıdır.
Ona görə də başladım ayələri və hədisləri mütaliə etməyə. Sonra maddi vəziyyətimə nəzər saldım və vəsiyyətimi yazdım. Dostlarımdan və qohumlardan halallıq aldım. Həccimin qəbul olunan olması üçün niyyətimi belə etdim ki, İmam Zaman ağanın (ə.f) niyyətilə həccə gedirəm. Tövbə qüslü aldım, həcc qüslü aldım və öz xəyalıma görə bu cür həccə başladım. Elə ki, ayağımı təyyarəyə qoydum, bir səs məni yerimdə kilidlədi. Həmin səs dedi: “Ağacan! Sən ki, niyyətini xalis etmisən və İmamın (ə.f) niyyətilə həccə gedirsən. Əgər vəzifən uzaq bir yerdə olan kənddə dərs deməyə getmək olarsa, gedərsənmi?”. Gördüm ki, ürəyim həcc istəyir, vəzifə deyil. Dedim: “Allahım! Sənə təşəkkür edirəm ki, həssas zamanlarda məni özümə tanıdırsan””. /Deyerler.org/ Oxşar xəbərlər
|