Formaca sadə, mahiyyətcə olduqca dərin – böyük alimin tələbələrə 4 tövsiyəsi
Mьəllif: admin1
Tarix: 30-07-2019, 13:15
Formaca sadə, mahiyyətcə olduqca dərin – böyük alimin tələbələrə 4 tövsiyəsi
Ayətullah Əmininin tələbələrə bəzi tövsiyələrinə diqqət edək.

Alim buyurur: “Bəndə indi ahıl çağındadır və ölümün intizarını çəkirəm. Tələbəlik illərini müxtəlif səthlərdə dərk etmişəm. Adətən səhvlərin və müvəqqəti bəlaların şahidi olmuşam.

Ancaq hər nə olubdursa, keçib gedibdir. Çünki insan ömrü sürətlə sona çatır. Dünya həyatı xəyal və yuxudan başqa bir şey deyildir. Sonda insana ancaq peşmanlıq və həsrət buraxır.

Ona görə də siz cavanlar! Əgər indidən gələcəyinizin fikrində olsanız, ölümə yaxın anlarda həsrət çəkənlərdən olmazsınız.

Bu səbəbdən sizə bəzi tövsiyələrim vardır və istəyirəm ki, onlara əməl edəsiniz:

1. Ata və ananızın razılığını əldə edin. Valideyn haqqı insan üzərində olan ən böyük haqlardan biridir və insanı Siratdan keçənə qədər təqib edər. Ona görə də valideynləri hər bir halda razı salmaq insanın borcudur. İstər ixtisas seçən zaman, istərsə də başqa həyat mövzularında.

2. Özünü tərbiyə etmək. İnsanın daima əxlaq müəlliminə ehtiyacı vardır. Bu mövzuda diqqət edin ki, müəllim özü dediklərinə əməl edən insan olsun.

3. Quranı əzbərləmək. Quran əzbərləmək layiqli bir əməldir. Çünki Quran insan qəlbini nurlandırar və hafizəsini gücləndirər. Bu da tələbəyə lazım olan sifətlərdir.

4. Namaz. Tələbə gərək namazına diqqət göstərsin və onu vaxtında qəlb hüzuru ilə yerinə yetirsin. Namaz – dinimizin sütunudur və hər kəs elm dalınca olar, bu sütunu möhkəm qurmalıdır.

Bu tövsiyələrimə diqqət edin və bacardığınız qədər yerinə yetirməyə çalışın ki, ahıl çağında peşman olanlardan olmayasınız”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031