Məsumlar (ə) övlad tərbiyəsi haqqında nə buyururlar?
Mьəllif: admin1
Tarix: 30-07-2019, 13:50
Məsumlar (ə) övlad tərbiyəsi haqqında nə buyururlar?
1. İmam Sadiq (ə): Övladlar arasında ədalətlə rəftar edin. (Biharul-ənvar, c.101, səh. 92)

2. Peyğəmbər(s) : Uşaqlara verdiyiniz vədlərə vəfa edin. Çünki onlar sizi öz ruzi verənləri hesab edirlər. (Vəsailuş-şiə, c. 5, səh. 126)

3. İmam Kazım (ə): Övladlarınızı döyməyin və uzun müddətə onlardan küsməyin. (Biharul-ənvar, c.104, səh. 99)

4. Əmirəl-möminin (ə): Övladı uşaqyana rəftarla tərbiyə etmək lazımdır. (Vəsailuş-şiə, c. 5, səh. 126)

5. Peyğəmbər(s): Uşaqlardan bacarıqlarından artıq bir şey istəməyin və onları nadan hesab etməyin. (Usuli-Kafi, c. 6, səh. 50)

6. Peyğəmbər(s): Əks cins altı yaşdan yuxarı qız uşaqlarını, yeddi yaşdan yuxarı oğlan uşaqlarını öpməməli və qucaqlamalıdırlar. (Məkarimul-əxlaq, səh. 115)

7. İmam Sadiq (ə): Övladlarınızı çox öpün və onlara çox məhəbbət göstərin. (Biharul-ənvar, c.101, səh. 92).
(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031