Bu qadınların qəbir əzabı olmaz və onlar Həzrət Zəhra (s.ə) ilə məhşur olarlar
Mьəllif: admin1
Tarix: 30-08-2022, 21:36
Bu qadınların qəbir əzabı olmaz və onlar Həzrət Zəhra (s.ə) ilə məhşur olarlar
Mehriyyə o maldır ki, kişi evlənən zaman öz xanımına verəcəyini öhdəsinə götürər. Ona görə də mehriyyə qadının haqqı hesab olunur.

Əgər Allah eləməmiş, boşanmaq şəraiti yaranarsa, qadın avtomatik bu haqqını tələb edə bilər. Amma adi halda da hər nə zaman tələb etsə, kişinin boynundadır ki, mehriyyəni təqdim etsin.

Mehriyyə adətən iki tərəf arasında razılaşma yolu ilə təyin olunur. Əgər mehriyyə məlum olmazsa nikah batil hesab olunar.

Bəs İslamdan əvvəl mehriyyə mövcud idimi?

Bəli, mehriyyə İslamdan əvvəl də bəzi bölgələrdə mövcud idi. Ancaq xristian dünyasında belə bir adət məlum deyil.

Qədimdə ata və ana mehriyyəni öz zəhmətlərinin və ana südünün dəyəri hesab edirdilər. Ancaq bu mehriyyədən həmin qadına heç bir şey çatmazdı.

Qurani-Kərim buyurur ki, mehriyyəni qadına verməmək zülm hesab olunur: “Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın.

Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?!

(Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər).

Onu necə geri alırsınız, halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!”. (“Nisa” 20-21).

İmam Baqir (ə) buyurur: “Evlənən hər iki tərəfin razı olduğu şey – istər çox olsun, istərsə də az – mehriyyədir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qadınların üç dəstəsinin qəbir əzabı olmaz və Qiyamət günü Həzrət Zəhra (s.ə) ilə məhşur olarlar.

1. O qadın ki, ərinin yoxsulluğuna uyğunlaşar.

2. O qadın ki, ərinin pis əxlaqına səbir edər.

3. O qadın ki, mehriyyəsini ərinə bağışlayar”.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031