İslamın nəzərinə görə geyim necə olmalıdır?
Mьəllif: admin1
Tarix: 5-08-2019, 18:49
İslamın nəzərinə görə geyim necə olmalıdır?
“«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır».

Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar”. (“Əraf” 26).

Geyim insan həyatının ayrılmaz bir mövzusudur. İnsanın ən çox ehtiyac duyduğu şeylərdən hesab olunur. Geyimə iki baxış vardır: fərdi və ictimai.

Fərdi baxış belədir ki, insan onu soyuqdan və istidən qoruya bilən və öz zövqünə uyğun olan libası geyinmək istəyər.

İctimai baxış isə belədir ki, geyim – insan şəxsiyyətini təyin edən amildir və hər bir cəmiyyətin özünəməxsus geyim adətləri mövcuddur ki, hər kəs ona riayət etməlidir.

İslam dininin nəzərinə görə, hicab - geyimin ən üstün amili olmalıdır.

Eyni zamanda insan şəhvət yaradan və başqalarının diqqətini cəlb edər, şəninə uyğun olmayan geyimlərdən uzaq olmalıdır.

İslamın nəzərində paltarın xüsusiyyətləri:

1. Paltarın növü. Hər bir cəmiyyətdə qadına aid paltarlar olar, kişiyə aid paltarlar olar. Caiz deyildir ki, qadın kişi paltarını geyinsin, kişi isə qadın.

2. Paltarın təmiz olması. Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözəldir və gözəlliyi sevir. Bağışlayandır və bağışlamağı sevir. Pakizədir və pakizəliyi sevir”.

3. Kafirlərin paltarlarından uzaq olmaq. İmam Əli (ə) buyurur: “Az rast gəlinir ki, kimsə özünü hansısa qövmə bənzətsin, yavaş-yavaş onlardan olmasın”.

4. Paltarın keyfiyyəti. O paltar ki, yerə qədər olar və yerdə sürünər, təkəbbürün nişanəsidir. Ona görə də Həzrət Peyğəmbər (s) heç bir zaman elə paltar geyinməzdi ki, yerə dəysin.

5. Paltarın rəngi. Həzrət Peyğəmbərin (s) ən çox sevdiyi rənglər ağ və yaşıl rənglər idi. Qırmızı rəngi sevməzdi. Paltar üçün də bu rəngi bəyənməzdi.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031