Ali Dini Rəhbər: “Daha çox uşağa sahib olmaq mədəniyyətə çevrilməlidir”
Əsərlərin Mühafizəsi və Nəşriyyat İdarəsi “Milli izdivac günü” münasibətilə 2019-cu ilin aprelində gənc cütlüklərlə görüşən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin açıqlamalarını nəşr edib.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbərin gənc cütlüklərə verdiyi tövsiyələrin mühüm hissələri aşağıdakı kimidir: - Evlilik istər gənc oğlanlar, istərsə də gənc qızlar üçün böyük bir nemətdir. - İranda və ya İslam ümmətini təşkil edən mühitdə müsəlmanların sayı artarsa, böyümə və inkişaf üçün bir çox imkan olacaq. - Bu gün çox böyük əhalisi olan ölkələr tərəqqi üçün bir çox imkanlar əldə ediblər. Məsələn, Çin və Hindistan. - Deməli bu nəslin çoxalması lazımdır. Bunu bir daha təkrar etmək istəyirəm. - Ölkəmizdəki insanlar itaətkardırlar. Lakin bu planı icra edən və imkanlar təmin etmək səlahiyyətinə malik olanlar öz işlərini yaxşı aparmırlar. - Daha çox uşağa sahib olmaq mədəniyyətə çevrilməlidir. - Bəzi Qərb ölkələrində, məsələn ABŞ-da, on beş və iyirmi uşaqlı ailələr var və buna görə də təşviq olunurlar. Heç kim onlara xor baxmır. Ancaq İrana gəldikdə, daha az uşaq olunmasını təbliğ edirlər. Oxşar xəbərlər
|