Həzrət Adəmin (ə) yolunu azmış oğlu necə hidayət oldu?
İlahi peyğəmbərlərin (ə) möcüzəsi ilə İlahi övliyaların kəramətləri arasında dəqiq fərq vardır.
Bu fərq əsasən ondan ibarətdir ki, nə zaman bir insan özünü peyğəmbər elan etsə idi, qövmü ondan bu iddianı təsdiq etmək üçün möcüzə göstərməsini istəyərdi. Elə bir möcüzə ki, qalan xəlqin onu etməsi mümkünsüzdür. Ancaq İmamların (ə) və vəsilərin etdikləri qeyri-adi işlər – öz vilayətlərini möhkəmləndirmək xarakteri daşıyır. Belə ki, onun İmam (ə) olduğunu bilirlər, çünki ondan əvvəlki İmam (ə) onu öz vəsisi elan edir. Bəzən müsəlmanlar İmamlarından (ə), başqalarının edə bilmədiyi əməli etməyini istəyərlər. Yaxud, müşriklərin və kafirlərin iddiasını batil etmək üçün, Allah Təala onlara kəramət etmək izni verər və bu yolla onları İslama tərəf meyil etdirərlər. Bununla yanaşı, İlahi peyğəmbərlərə (ə) vəhy Cəbrayil (ə) və ya başqa mələklər vasitəsilə nazil olardı və peyğəmbərlər (ə) onu görər və onunla söhbət edərdilər. Həzrət Peyğəmbər (s) Cəbrayil (ə) ilə birlikdə meraca belə, qalxmışdı. Ancaq İmamlarda (ə) vəhy qapısı bağlanar. Çünki vəhy sonuncu Peyğəmbərin (s) vəfatı ilə sona çatmış sayılar. Lakin Allah yer üzərini öz hüccətindən boş qoymadığı üçün, İmam (ə) və övlayalarına ilham və ya gözə görünməyən və ancaq səsini eşitdikləri mələklər vasitəsilə göstərişlərini göndərər və onlarla bu yolla əlaqə saxlayar. Misal üçün nəql edilir ki, Həzrət Zəhra (s.ə) atasının vəfatından sonra Cəbrayılla (ə) ünsiyyət saxlayarmış. Bu böyük mələk Xanımın (s.ə) gözünə görünməsə də, ona Allahın göstərişlərini çatdırmış və ona atasının yoxluğunda həmdəm olmuşdur. Nəql edilir ki, Qabil, Habili öldürəndən sonra Yəmənə gedir və atəşə ibadət etməyə başlayır. Allah Adəmə (ə) vəhy göndərir ki, Yəmənə gedib yolunu azmış oğlunu hidayət etsin. Adəm də Yəmənə gedir. Oğlunu doğru yola dəvət edir. Oğlu ondan möcüzə istəyir. O, Həzrət (ə) oğlunun evində olan daşa ayağını vurur və onun altından bulaq qaynamağa başlayır. Həzrət Adəm (ə) yaxında olan ağacı da çağırır və ağac kökünü tərpədərək torpaqdan çıxır və Həzrətin (ə) xidmətinə gəlir. O gündən sonra artıq Qabil atasının sözlərini qəbul edir və bəni-Adəmi incitməkdən əl çəkir. (Deyerler.org) Oxşar xəbərlər
|