Bu şiddətli əzab kimlərə şamil olur?
Zina – o kəbirə günahlardandır ki, bütün dinlər onun haram olduğunu elan etmişdir.
Qurani-Kərim bu kəbirə günah haqqında buyurur: “Beləliklə onlara nicat verən kimi birdən (görərsən ki,) yer üzündə haqsız yerə zülm edirlər! Ey insanlar, şübhəsiz, sizin zülmləriniz öz ziyanınızadır. Dünya həyatından (azacıq) bir bəhrə əldə edirsiniz, sonra dönüşünüz Bizə tərəfdir. Beləliklə, sizi əməllərinizdən xəbərdar edəcəyik”. (“Yunus” 23). “Ya Peyğəmbər, qadınlara təlaq vermək istədikdə, onlara «iddə» vaxtında təlaq verin (elə bir vaxtda ki, iddəyə başlamaq mümkün olsun, yəni heyzdən pak olduqları və ərləri ilə cinsi əlaqədə olmadıqları vaxt) və iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun; açıq-aşkar çirkin bir əməl etməyincə, (iddə zamanı) onları (yaşadıqları) evdən çıxarmayın və onlar da çıxmasınlar. Bunlar Allahın hüdudları və sərhədləridir. Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar. Sən (ey kişi) nə bilirsən, (və o qadın nə bilir) ola bilsin ki, Allah ondan (o təlaqdan) sonra (iki tərəf arasında sülh baxımından) bir iş icad etsin”. (“Təlaq” 1). “Kim bir günah qazansa, əslində (hətta maddi fayda və ləzzətləri olmuş olsa belə) öz ziyanına qazanır. Allah həmişə bilən və hikmətlidir”. (“Nisa” 111). İmam Baqir (ə) buyurur: “Heç bir bəla insanın ətəyindən yapışmaz, məgər düçar olduğu günahlarına görə”. Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, Qiyamət günü bərpa olar, Allah pis iy əsdirəcəkdir ki, bütün insanlar onu iyləyərlər. Sonra carçı nida çəkər: “Bilirsinizmi ki, bu nə iydir?”. İnsanlar deyərlər ki, “bilmirik. Ancaq bizə çox əziyyət verdi”. “Bu pis iy o qadından gəlir ki, Allahla zina halında görüşür. Bu əməlindən tövbə etməmişdir. Onları lənətləyin. Çünki Allah onları lənətləmişdir””. Bəli, zina o günahlardandır ki, əzabı şiddətlidir. Allah hər bir günahkar üçün tövbə qapısını açıq qoymasına baxmayaraq, bəziləri bu qapıdan qəflət edir və bu halda Allahla görüşürlər. Amma Allah – mehriban və rəhimlidir. Günahkar insan gərək tövbə etsin və özünü günahlardan paklasın. İnşəallah, Allah onu bağışlayar. /Deyerler.org/ Oxşar xəbərlər
|