Şeytanın (lən) qardaşları
Mьəllif: admin1
Tarix: 7-08-2019, 19:30
Şeytanın (lən) qardaşları
O zaman ki, şeytanla (lən) rabitə həddini aşar, insan onunla səmimi olar və qardaşlaşar. Şeytan (lən) da onu səmimi qardaşı kimi qəbul edər. Bu, insan üçün son süqut nöqtəsidir.

Quranın nəzərinə görə şeytanın (lən) qardaşları həm də o kəslərdir ki, israf əhlidirlər və xərcləyən zaman həddi aşarlar. Onlar ehtiyaclı insanlara kömək etmir, öz qazanclarından vacib ayırmaları etmir, başqalarının çətinliklərinə laqeyd olurlar.

“Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma). Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar – şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub”. (“İsra” 26-27).

Bu insanlar ona görə şeytanın qardaşı adlanırlar ki, onunla eyni həddi pis əməllər yerinə yetirirlər. Ona görə də cəhənnəmdə şeytanla (lən) birlikdə olarlar. (Beytutə)

Yəni, insan məlun iblisin istədiyini etdikdə, onun gözü ilə dünyaya baxdıqda, insanın əzaları iblisin (lən) proqramının icraçısı olduqda, insan şeytani hisslərin tabeliyində olduqda – belə insan artıq şeytanla (lən) tam vəhdətdə olur.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031