Qidalanmanın tərbiyəyə təsiri varmı?
Quran və hədislərin nəzərinə görə qidalanma nəinki cismə, həm də ruha təsir qoyur. Qidalanmanın qoyduğu təsirlərdən biri də tərbiyə mövzusudur.
“Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm”. (“Miminun” 51). “Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o, sizin aşkar düşməninizdir”. (“Bəqərə” 168). İmam Rza (ə) buyurur: “Sirkə zehni iti və ağlı çox edir”. İnsanın ağlı çox olarsa, əlbəttə ki, düzgün yola tərəf üz tutacaq və doğru tərbiyə alacaqdır. İmam Rza (ə) buyurur: “Allah Təala elə bir yeyəcək və içəcək yoxdur ki, onu caiz bilsin məgər o halda ki, onda fayda və bəhrə olar. Elə bir şey yoxdur ki, onu qadağan etsin, məgər o halda ki, onda ziyan və məhv olmaq olsun. Ona görə də o şey ki, cismə faydalıdır və bədənə güc verər – halaldır”. İnsan əxlaqına təsir edən amillərdən biri də yeyən zaman həddi aşmaqdır. Ona görə də İmam (ə) tövsiyə edir ki, əgər sağlam qalmaq istəyirsinizsə, az yeyin. İmam Rza (ə) buyurur ki, bədənlər torpaq kimidir və həmişə əkinə hazırdır. Əgər ona lazım olan qədər su və qida verilərsə, sağlam meyvə verər. Əksinə, əgər suda və qidada ifrat olunarsa – məhsul məhv olar. Əgər səhlənkarlıq edilib az sulanarsa – quruyar və yenə də məhv olar. Məhsul yerinə orada ot və alaq bitər. İmam Rza (ə) buyurur ki, övladlarınız üçün əqiqə qurbanının kəsilməsi və saçının çəkisi qədər qızıl və ya gümüş verilməsi, sünnət edilməsi – tərbiyəyə təsir edən amillərdəndir. (Deyerler.org) Oxşar xəbərlər
|