Öz eybini unutma
İmam Sadiq (ə):
اِذَا رَأَيْتُمُ الْعَبْدَ يَتَفَقَّدُ الذُّنُوبَ مِنَ النَّاسِ نَاسِيًا لِذَنْبِهِ فَاعْلَمُوا اَنَّهُ قَدْ مُكِرَ بِهِ “Öz günahlarını unudub camaatın günah və eyiblərini arayan və hər şeyə irad tutan bir şəxsi müşahidə etdikdə, bilin ki, o, ilahi cəzaya mübtəla olmuşdur.” (“Tuhəful-uqul”, səh.271.) Qısa izah Bəziləri başqalarında eyib axtarmaq, yanlış və xətalarına diqqət etməkdə mahir və uzaqgörəndirlər. Amma özlərinin səhv və xətalarını unutmuşlar. Məşhur məsələ əsasən, onlar “öz gözündə oxu görməyib başqalarında tük axtaran kəslər”in timsalındadırlar. Belələri özlərindən xəbərsiz, təkəbbürlü və eqoist insanlardır və həmin xislətlərin nəticəsində “özünü unutmaq” xəstəliyinə düçar olmuşlar. Bu isə həqiqətdə, ilahi cəzadır. İnsanlar digərlərini islah etməzdən öncə, özlərindəki mənfi xüsusiyyətləri aradan qaldırmalı, daha sonra başqalarını tərbiyə etməyə çalışmalıdır. (Maide.az) Oxşar xəbərlər
|