Bu günahdan hətta şeytan (lən) da iyrənir
Mьəllif: admin1
Tarix: 14-08-2019, 18:51
Bu günahdan hətta şeytan (lən) da iyrənir
Töhmət vurmaq və böhtan atmaq – o qədər çirkin sifətlərdir ki, hətta şeytan (lən) belə bu cür insanlardan qaçır. Halbuki, şeytan həmişə insanların rəzil işləri görməsindən sevinir.

Ancaq bəzi əməllər o qədər çirkindir ki, hətta şeytan belə onun ağırlığını hiss edib, ondan uzaq olmağa çalışır.

Töhmət və böhtanın ziyanları:

1. Töhmət və böhtan insan mənəviyyatına təsir edər.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin, mömin qardaşına töhmət vurar – iman onun qəlbində əriyər. Necə ki, duz suda əriyər”.

2. İnsan rabitələrinə mənfi təsir edər.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, din qardaşına töhmət vurar, onların aralarında hörmət qalmaz”.

3. İblisin (lən) himayəsinə keçər.

İmam Sadiq (ə) buyurur: “Əgər kimsə möminin əleyhinə söz deyər və əgər niyyəti onu gözdən salıb, ictimai mövqeyini alçaltmaq olarsa – Allah onu dostluq dairəsindən çıxardar və şeytanın himayəsində qərar verər. (Ancaq) şeytan da onu qəbul etməz”.

Allah Təala cəmi iman əhlini bu cür rəzil sifətlərdən uzaq etsin!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930