Elmin haqqı nədir? İnsanın elm qarşısında vəzifəsi nədir?
Ürfdə adətən hüququ və haqqı ancaq insanlara aid edirlər.
Ancaq dinimizin üstünlüklərindən biri də budur ki, hər bir şey üçün, o cümlədən qalan canlılar üçün, hətta əşyalar üçün də hüquq təyin etmişdir. Bu dünyada var olan hər şey – Allahın nişanəsidir. Uca Allahı öz dillərində təsbih və pərəstiş edirlər. Elm də onlardan biridir ki, Allah onun üçün də hüquq təyin etmişdir. Elm – nurani bir həqiqətdir. Ona görə də bizim üzərimizdə haqqı vardır. Əgər biz elmin buyurduqlarına əməl etsək, haqqını əda etmiş olarıq. Əgər elmin haqqına riayət etməsək, Qiyamət günü sorğu-sual olunacağıq. İmam Sadiq (ə) nəql edir ki, atası buyurmuşdur: “Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Elmin haqqı nədir?”. Həzrət (s) buyurur: “Elm qarşısında kamil sükut etməkdir”. Soruşur: “Başqa hansı haqqı vardır?”. Həzrət (s) buyurur: “Yaxşı qulaq asmaq”. Soruşur: “Ondan sonra nədir?”. Həzrət (s) buyurur: “Onu öyrənmək”. Soruşur: “Başqa nədir?”. Həzrət (s) buyurur: “Ona əməl etmək”. Soruşur: “Başqa nədir?”. Həzrət (s) buyurur: “Onu yaymaq””. /Deyerler.org/ Oxşar xəbərlər
|