Lut qövmü əzabı öz diliylə istədi
Mьəllif: admin1
Tarix: 16-08-2019, 15:26
Lut qövmü əzabı öz diliylə istədi
Quran elə səma kitabıdır ki, həm səhrada yaşayan ərəblərdən söz açmışdır və həm də keçmiş qövmlərin başına gələn hadisələrdən.

Əgər Qurani-Kərim Ad, Səmud, Lut qövmündən bəhs edirsə, bu dastanların əxlaqi fəlsəfəsi vardır. Allah Təala keçmiş qövmlərin rəzil sifətlərinə görə necə cəzalandıqlarını indiki insanlara çatdırır və onları ibrət götürməyə dəvət edir.

Lutun qövmü elə insanlar idilər ki, rifah içində yaşayırdılar. Ancaq paxıllıq və həsəd onlara rahatlıq vermirdi. Onların Fələstinin şimalında və Şam ətraflarında geniş şəhərləri var idi.

Onlar öz atalarının dininə əqidə bəsləyir və bu əqidələrini dəyişmək istəmirdilər. “Onlar pis bir iş gördükləri zaman «atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir» deyərlər. De: «Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?»”. (“Əraf” 28).

“Və Lutu (göndərdik), o zaman öz qövmünə dedi: «Həqiqətən, siz özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iyrənc bir işi görürsünüz!»

«(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu, yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!».

Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!»”. (“Ənkəbut” 28-29).

Təbərsi nəql edir: “Onların məclisləri qəbahətli işlərlə məşğul idi. Söyüş söyür, qumar oynayır, bir-birinə tərəf daş atır və çox çirkin işlərlə məşğul olurdular”.

Lut qövmünün məşğul olduğu çirkin işlər barədə Əmirəl-möminin (ə) buyurur: “Bu ümmətin 6 əməli Lut qövmünün əxlaqındandır: Sümüklə oynamaq, fışdırıq çalmaq, saqqız çeynəmək, qışqırmaq, ətəyini yerə sürtmək, köynəyin düymələrini açıq qoymaq”.

Burada saqqız çeynəməyə də toxunuldu. Demək lazımdır ki, saqqız çeynəmək öz-özlüyündə pis əməl deyildir, hətta diş həkimləri onun faydasından danışırlar.

Burada söhbət saqqızı şəhvət yaratmaq niyyətilə çeynəməkdən gedir. Əgər kimsə saqqızı belə çeynəyərsə, qəbahətli iş görmüş olar.

Allah Təala bizlərə gözəl əxlaqi sifətlərə yiyələnməyi nəsib etsin.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031