Əmirəlmöminin Əli (ə) – bütün meydanların qalibi
8-ci hicri əsrində yaşamış Səfiyyəddin Hilli İmam Əli (ə) barəsində belə yazır:
Cumiət fi sifatikəl əzdad Fəlihaza əzzət ləkəl əndad Zahidun hakimun həlimun şuca Nasikun fatikun fəqirun cəvad… «Ziddiyyətlər səndə bir yerdə toplanaraq cəmlənib. Həm həlimlik və yumşaqlığın son həddində, həm şücaətin son dərəcəsindədir. Lazım olan yerdə sənin çirkin qanları tökməyin də qan tökməyin son dərəcəsindədir. Digər tərəfdən, ibadətin son dərəcəsinə çatmış bir abidsən. Həm yoxsul, həm də səxavətlisən! Heç nəyin yoxdur, amma bağışlayırsan. Heç nəyin yoxdur və əlinə gələni bölüşdürürsən. Bəzi yerlərdə rəftar və davranışın o qədər lətif və mülayimdir ki, meh bu əxlaqın lətifliyindən xəcalət çəkir. Həmçinin ruhunda o qədər şücaət və mücahidlik vardır ki, daş, filiz və cansız əşyalar onun müqabilində əriyirlər. Sənin ruhun o lətafətli mehdir, yoxsa bu qüdrət və möhkəmliyin? Sən necə varlıqsan?!» İmam Əli (ə) bütün insani dəyərləri mütənasib və bərabər şəkildə özündə inkişaf etdirmiş kamil bir insandır. Axşamlar, gecənin sakit qaranlıqlarında heç bir arif İmam Əliyə (ə) çata bilməz. İnsan müəyyən bir məsələdə coşduğu kimi, İmam Əli (ə) də haqqa doğru cəzb edilərək çəkilir və Allaha doğru seyrdə təlatümə gəlir. Döyüş meydanında, bədəninin yaralanmasına və hətta bəzən bədənindən bir parça ətin qopmasına baxmayaraq, diqqətini mübarizə nöqtəsində cəmləyərək heç bir şeyə əhəmiyyət vermir. İbadətdə elə qərq olur və ilahi eşq, vücudunda elə şölələnir ki, sanki bu dünyada deyil. O həzrət bəzilərini belə vəsf edir: «Onlar xalqla olmalarına baxmayaraq, ruhları çox ali məqamlara bağlıdır.» İbadət edəndə bədəninə batmış oxu dartıb çıxarırlar, amma diqqəti haqq və ibadətə elə cəzb olur ki, heç nə hiss etmir. İbadət mehrabında elə ağlayır və elə sızlayır ki, misli görünməyib. Gündüz olanda isə elə olur ki, sanki həmin adam deyil. Səhabələri ilə oturanda çox təbəssümlü və gülərüz olur. Gülərüzlülük İmam Əlinin (ə) mühüm sifətlərindən olub. Onun olduğu məclislər o qədər xoş, o qədər incə zarafatlı olub ki, Əmr As o həzrətin əleyhinə təbliğat apararaq belə deyirmiş: O, xəlifəliyə yaramaz, çünki çox gülərüzdür. Gülərüz adamdan xəlifə olmaz! Xəlifə qaşqabaqlı və qaraqabaq adam olmalıdır ki, camaat ondan qorxsun. İmam Əli (ə) bu barədə «Nəhcül-bəlağə»də belə deyir: «Nabiqənin oğluna təəccüb edirəm ki, mənim camaatla çox səmimi olmağıma, gülərüz və zarafatcıllığıma irad tutur.» Müharibə və döyüş meydanında düşmənlə mücahid kimi üzləşdikdə də gülərüz olub. İmam Əlinin (ə) bu xüsusiyyəti barəsində belə deyiblər: «O, ibadət mehrabında çox ağlayan, döyüş meydanında isə çox gülən və şaddır.» Gecəni ibadət, gündüzü isə şəxsi məişət işləri və ictimai məsələlərlə məşğul olmaq üçün nəzərdə tut. Əli (ə) sanki gecə bir şəxsiyyət, gündüz isə digər bir şəxsiyyət olub. İmam Əlinin (ə) sözləri, kəlamları və çıxışlarına gəldikdə isə, Seyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində belə yazır: «Həmişə dostlarımla söhbət zamanı irəli sürərək onları təəccübləndirdiyim mövzulardan biri İmam Əlinin (ə) sözlərinin çoxcəhətli olmasıdır. O həzrətin sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür. O, bəzən abidlər, bəzən zahidlər, bəzən filosoflar, bəzən ariflər, bəzən əsgər və zabitlər, bəzən adil hökmdarlar, bəzən qazilər, bəzən də fitva verən alimlər dünyasındadır. Əli (ə) bütün dünyalarda var və heç bir dünyada qaib deyildir. (“Kamil insan”, Ustad Şəhid Mürtza Mütəhərri, səh.36-39.) Maide.az Oxşar xəbərlər
|