İki ruhani bir minbərdə
Ayətullah İbrahim Əmini nəql edir: “Dostlarımdan biri nəql edir ki, neçə ildir ki, Məhərrəm ayında Mazandaranın Mahmudabad kəndində minbərə gedirdim. Mən kənd əhli ilə tanış olmuşdum və məni tanıyırdılar.
Bir il yenə həmin kəndə getmək üçün vəzifələndirildim. Ancaq bir çətinliyim yarandı və onu həll etməyə məcbur olduğum üçün, bir neçə gün gecikdim. Qonaq evinə gedən zaman gördüm ki, orada artıq bir ruhani qalır. Qonaq evinin böyüyü mənə dedi ki, siz gec gəldiyiniz üçün biz artıq bu ruhanini minbərə çıxardır və ondan faydalanırıq. Ancaq sizi yaxşı tanıdığımız üçün onu göndərə bilərik. Siz onun yerinə minbərə çıxarsınız. Mən dedim ki, bunu etmək lazım deyildir. Mən geri qayıdaram və o ruhani minbərə çıxar. Ancaq kənd əhli mənim qalmağım üçün çox təkid etdi. Ona görə də belə qərara gəldilər ki, hər ikimiz də minbərə çıxaq. Mən gördüm ki, bu ruhani tələbədir və hələ hövzəni bitirməmişdir. Minbər mədəniyyətindən də çox xəbəri yoxdur və çox həyəcan keçirir. Ona görə də qərara aldım ki, birinci günü özüm ilk olaraq minbərə çıxım, qalan günləri isə o biri ruhani ilk olaraq çıxsın. Mən minbərdə çalışdım ki, xütbəmi sadə edim və insanların bildikləri şeylərdən danışın. Bunu eşidən ruhani ürəkləndi və yaxşı xütbə danışdı. Kənd əhli mənim danışdığım xütbələrdən xəbərdar olduqları üçün çox təəccüb etdilər və məndən bunun səbəbini soruşdular. Mən də onlara xütbəmin səbəbini açıqladım. Bu sözlər onlara çox təsir etdi və ağlamağa başladılar”. Bəli, insan həyatın hər bir səhnəsində ixlas və fədakarlıq edə bilər. (Deyerler.org) Oxşar xəbərlər
|