Ehtiyaclılara yaxşılıq edən, bu 6 hədəfə çatar
Mьəllif: admin1
Tarix: 25-08-2019, 17:27
Ehtiyaclılara yaxşılıq edən, bu 6 hədəfə çatar
Quranın nəzərinə görə, ehtiyacı olanlara və zəiflərə yardım etmək – insana həm dünyada və həm də axirətdə bərəkətlər və faydalar gətirər. Bu faydalar ilə tanış olaq.

1. Dostluq və səmimiyyət. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə, pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).

2. Dünya səadəti. “Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 148).

3. İqtisadi balans. “(Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195).

4. Günahların bağışlanması. “Həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür”. (“Hud” 114).

5. Ruhi hüzur. “Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 274).

6. Allahın məhbubu olmaq. “Həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir”. (“Maidə” 13).

Allah Təala bizləri yaxşılıq edənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031