Əgər sözlərimiz təsir etmirsə, vəzifəmiz nədir?
Əgər əmr-be-məruf və nəhy-əz-munkər təsir etmirsə, vəzifəmiz nədir?
Yəqin ki, bu sahədə doğru yolu tutmadığımıza görə sözlərimz təsir etməmişdir. Çünki dinimiz əmr-be-məruf və nəhy-əz-munkərin şərtlərini bəyan etmişdir ki, əgər onlara əməl olunarsa, gərək təsir qoysun. Bəzən insanın paltarının üstü toz-torpaq olur və insan paltarına möhkəm zərbə vuraraq, həmin tozu kənarlaşdıra bilir. Ancaq bu zərbə sayəsində insanın əli tozlu olur və həm də tozun nəmliyi paltara hopur. Ona görə də bəziləri bu tozu üfürərək, bəziləri isə zərbə vuraraq kənarlaşdırmağa çalışırlar. Münkəri də o cür edirlər. Lakin bunu qeyd etmək lazımdır ki, paltarın üstündə olan toz və ya ləkəni aparmağın müxtəlif yolları olduğu kimi, münkəri də aradan aparmağın yolları müxtəlifdir. Necə ki, Quran buyurur: “Evlərə onların qapısından daxil olun”. (“Bəqərə” 189). Yəni, doğru yolu tapmağa çalışın. Bəzən insanın başqasına başa sala bilmədiyini, bir başqası çox gözəl başa sala bilir. Həzrət Musa (ə) Fironun yanına gedən zaman Allahdan istəyir ki, Haruna icazə versin ki, onunla birlikdə getsin. “Və qardaşım Harunun dili mənimkindən daha fəsahətlidir (tutarlıdır). Buna görə onu da mənimlə kömək və arxa (olaraq) göndər ki, məni təsdiq etsin”. (“Qəsəs” 34). Bəzən insanın sözləri bir dəfə deyiləndə təsir etmir. Ancaq onu ikinci dəfə təkrar edəndə təsir etdiyini görürsən. “Həqiqətən Biz bu Qur’anda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tövhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik”. (“İsra” 41). İnsanları fəsaddan uzaqlaşdırmaq üçün, onlara halal yollar açmaq lazımdır. “Və qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: «Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!»”. (“Hud” 78). /Deyerler.org/ Oxşar xəbərlər
|