Məsum İmamlar (ə) necə əzadarlıq edirdilər?
Mьəllif: admin1
Tarix: 7-07-2024, 19:15
Məsum İmamlar (ə) necə əzadarlıq edirdilər?
Əzizlərini itirən zaman əza saxlamaqla bağlı Məsumların (ə) sünnəti mövcuddur. Belə ki, Həzrət Fatimə (s.ə) atasını itirəndən sonra gecə və gündüz ağlayır və sızlayırdı.

Məsum İmamlarımız (ə) İmam Hüseyn (ə) üçün həmişə əza saxlamışdırlar.

1. İmam Səccadın (ə) əzadarlığı. İmam Səccad (ə) atası şəhid olan zaman Kərbəlada olmuşdur və bütün qəlbi ilə bu faciəni izləmiş və bu hadisənin canlı şahidi olmuşdur.

Bu səbəbdən İmam (ə) ömrünün qalan hissəsini İmam Hüseynə (ə) əzadarlıq edərək başa vurmuşdur.

Göz yaşları heç bir zaman qurumazdı. O yerə qədər ki, bəzi xadimləri ondan soruşardılar ki, sizin qəminiz nə zaman sona çatacaqdır?

İmam (ə) cavab verərdi: “Vay olsun sənə! Həzrət Yəqubun on iki oğlu var idi. Onlardan birini itirən zaman gözlərinə ağ su gələnə qədər ağlamışdır.

Halbuki, övladı Yusif sağ idi. Ancaq mən atamın, qardaşımın, əmimin və Əhli-beytimdən (ə) olan 17 nəfərin və ən yaxın sirdaşlarımızın başlarının kəsildiyini gördüm və onlar qana bulamışdılar. Bəs bu halda qəmim necə sona çata bilər ki?!”.

İmam Sadiq (ə) buyurur ki, İmam Səccad (ə) 40 il əza saxlamış və ağlamışdır.

2. İmam Baqirin (ə) əzadarlığı. “Nöhsəti Hüseyn” adlı kitabda oxuyuruq ki, Məhərrəm ayı gələn zaman Məsum İmamlar (ə) qəmə batar və mərsiyə deyənlərdən istəyərdilər ki, cəddləri olan İmam Hüseyn (ə) üçün mərsiyə desinlər.

İmam Baqir (ə) də başqa İmamlar (ə) kimi əza saxlayar və evində mərsiyə məclisləri təşkil edərdi.

3. İmam Sadiqin (ə) əzadarlığı. İmam Sadiq (ə) də Məhərrəm ayında əza saxlayar və mərsiyə deyənləri dəvət edərdi ki, cəddi üçün mərsiyə desinlər. Əhli-beyti (ə) də pərdə arxasında mərsiyəyə qulaq asar və əza saxlayardılar.

4. İmam Kazımın (ə) əzadarlığı. Bu haqda İmam Rza (ə) nəql edir: “Nə zaman Məhərrəm ayı gəlsəyd,i atamın üzü gülməzdi. Məhərrəm ayının ilk on günü belə olardı.

O zaman ki, onuncu günü gəlib çatardı, onun üçün müsibət və hüzn günü olardı. O, buyurardı: “Aşura o gündür ki, cəddim Hüseyni (ə) qətl ediblər””.

5. İmam Rzanın (ə) əzadarlığı. Dəbəl Xərayi nəql edir: “Məhhərrəm ayının ilk on günündə İmam Rzanı (ə) ziyarət etmişdim və onu səhabələri tərəfindən əhatə olmuş halda gördüm. Onlar qəmli idilər.

Məni görən zaman Həzrət (ə) buyurdu: “Mərhəba Dəbəl! Mərhəba o kəslərə ki, əli və dili ilə bizə yardım edir.

Sonra məni yanında əyləşdirib, buyurdu: “Ey Dəbəl! Bizim üçün şeir deyərsənmi? Çünki bu günlər biz Əhli-Beytin (ə) qəm və düşmənlərimizin şadlandığı günlərdir”.

Sonra ayağa qalxdı və bizimlə Əhli-beyti arasında pərdə çəkdi ki, onlar pərdə arxasında mərsiyəni dinləyib ağlasınlar.

Sonra üzünü mənə tutub, buyurdu: “Ey Dəbəl! Mərsiyə oxu! Sən bizim yavərimiz və mərsiyə deyənimizsən”. Bu zaman mərsiyə deməyə başladım”.

6. Dörd İmamın zamanında olan əzadarlıq. İmam Cavadın (ə) dövründə Əhli-Beyt (ə) davamçıları Məhərrəm ayında əza saxlaya bilirdilər.

Ancaq Mötəsimdən sonra Əhli-Beyt (ə) davamçılarını bu günlərdə çox sıxır və incidirdilər.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031