Həzrət Məhdinin (ə.f) zahiri nişanələri
Mьəllif: admin1
Tarix: 27-01-2021, 22:19
Həzrət Məhdinin (ə.f) zahiri nişanələri
Həzrət Məhdinin (ə.f) batini xüsusiyyətlərindən və kamallarından çox söz açılmışdır. Lakin biz Həzrətin zahiri nişanələrini tanımağa çalışaq.

1. Gözəl sima.

Həzrət Məhdi (ə) o nadir insanlardandır ki, zahiri gözəlliyə malikdir. Həzrət Peyğəmbər (s) onun haqqında buyurur: “Məhdi - behişt əhlinin tovuzquşusudur.

Nurdan olan libası onu əhatə etmişdir”. Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Məhdi (ə) - mənim nəslimdəndir. Siması parlayan Ay kimidir və rəngi ərəbidir”.

İmam Əli (ə) buyurur: “Gözəl simalı və gözəl saçlıdır. Saçları çiyninə tökülüb və simasının parıltısı saqqalının qaralığına qələbə çalar”.

2. Üzündə qara xalı var.

İmam Əli (ə) buyurur: “Məhdinin gözləri qara, saçları qalın və siması parlayan Ay kimidir. Alnı açıq və parlayan və (sağ yanağında) xalı və (nübuvvət) nişanəsi vardır”.

3. Boyu ortadır.

İmam Sadiq (ə) buyurur: “Uzun boylu təkəbbürlü və yerə yapışan qısa boylu deyildir. Bəlkə orta boyludur. Üzü girdə və alnı açıq və bir-birinə çatan qaşları vardır”.

4. Siması cavandır və dəyişməzdir.

Uzun illərin keçməsinə baxmayaraq, Həzrətin (ə.f) siması hələ də cavandır və o, bu cavanlığını əldən verməmişdir.

İmam Sadiq (ə) buyurur: “(Allahın) böyük imtahanındandır ki, Sahibi cavan simada zahir edəcəkdir. Halbuki, onlar onu qoca təsəvvür edirlər”.

Başqa yerdə buyurur: “Sahibəz-Zamanda (ə.f) Yunus (ə) peyğəmbərin nişanəsi vardır və o, budur ki, qeybindən sonra cavan simasında zahir olacaqdır”.

İmam Rza (ə) buyurur: “Onun nişanələrindən biri budur ki, qoca yaşında cavan simasında olacaqdır. Hər kim onu görsə, onu 40 yaşlı və ya daha az təsəvvür edər.

Onun nişanələrindən biri budur ki, gündüzlərin və gecələrin keçməsinə baxmayaraq, qocalmaz, o zamana qədər ki, əcəli çatar”.

5. Güclü bədən qüvvəsinə malikdir.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Qaim (ə.f) zühur edər, qoca yaşında olacaqdır. Ancaq cavan siması və güclü bədən qüvvəsi ilə əgər əli dünyanın ən güclü ağacına çatsa onu kökündən çıxarda bilər, əgər dağlara səslənsə daşları tökülər”.

6. Xoş ətirlidir.

Həzrətin (ə.f) zahiri nişanələrindən biri də onun xoş ətirli olmasıdır. Hədislərin birində oxuyuruq ki, o zaman ki, Peyğəmbər (s) gələrdi, hamı onun ətirini uzaqdan hiss edərdi. Həzrət Qaim (ə.f) də belə insandır.

İmam Rza (ə) buyurur: “Onu xoş ətiri müşkün xoş ətirindən də ətirlidir”.

Allah bizlərə Həzrətin (ə.f) nurani simasını və zühurunu dünya gözü ilə görməyi nəsib etsin!


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930