Digər məzhəb alimlərinin nəzərində İmam Hüseynin (ə) qiyamı
Digər məzhəb alimləri tarix boyu İmam Hüseynin (ə) qiyamı ilə bağlı müxtəlif nəzərlərə malik olmuşdular. Ümumi olaraq, onları iki dəstəyə bölmək olar:
1. Yezidə (lən) bəraət qazandıranlar. 2. İmam Hüseynin (ə) tərəfdarları Birinci dəstəyə aid olan alimlər, daha çox Müaviyyəyə (lən) dəstək vermək üzündən Yezidin (lən) cinayətlərinə müəyyən mənada bəraət qazandırmış, öz yanlış mövqelərini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmışlar. Təbii ki, onların bu mövqeləri əhli-təsənnünün görkəmli alimləri tərəfindən sərt tənqid edilmişdir. Biz daha çox ikinci dəstəyə aid olan alimlərə nəzər yetirəcəyik. 1. Əbul-Fərəc. Əbül-Fərəc İmamın (ə) tərəfdarlarından olaraq, Yezidin əməlini tənqid etmişdir. O, həmişə Yezidi lənətləyirdi. Onun 12 İmamın (ə), Həzrət Xədicənin (s.ə) və Xanım Fatimənin (s.ə) fəzilətlərini zikr etdiyi kitabı vardır. Bu kitabda Yezidin (lən) fitnə-fəsadlarından bəhs etmiş və onu lənətləməyi caiz hesab etmişdir. 2. Cəlaləddin Süyuti. Bu alim təəssübkeş olmasına baxmayaraq, Yezidin (lən) əməlini cinayət adlandırmış və Kufə əhlinin vəfasızlığından, Kərbəla hadisəsindən öz kitablarında bəhs etmişdir. 3. Doktor Seyyid Cəmili. Bu alim İmam Hüseyn (ə) haqqında tarixdə yazılanları bir kitabda toplamış və ona müqəddimə yazmışdır. Bu müqəddimədə İmamın (ə) qətlini Bəni-Üməyyənin cinayəti adlandırmışdır. 4. Abbas Məhmud. Misirli olan bu alim, İmam Hüseyn (ə) haqqında kitab yazmışdır ki, bu kitabda Bəni-Üməyyəni tənqid etmiş və Bəni-Haşimin kəramətindən bəhs etmişdir. Onun nəzərinə görə, bu döyüş İmamla (ə) Yezidin (lən) arasında deyil, əslində iki məfkurə arasında olan döyüş idi. O, İmam (ə) haqqında yazır: “Dünyada İmam Hüseynin (ə) qiyamı və şəhadəti kimi böyük faciə yoxdur. İmam Hüseynin (ə) əzəməti üçün elə bu kifayətdir ki, o, şəhid, şəhidin oğlu və şəhidlərin sərvəridir”. /Deyerler.org/ Oxşar xəbərlər
|