Niyə İmam Hüseyn (ə) kufəlilərin dəvətini qəbul edir?
Hədislərdə oxuyuruq ki, İmam Hüseyn (ə) Abdullah ibni Zubeyrə belə buyurur: “Kufə əhlindən əlimə 40 min insanın beyəti çatmışdır ki, təlaq və itaqa vəfadar qalacaqlarına and içiblər”.
(Alimlərin nəzərinə görə, bu cür and içən insan əgər andına vəfa etməzsə, həyat yoldaşı ona naməhrəm olar və nikahı pozular. Eyni zamanda bütün nökərləri azad olar. Alimlər bu cür and içməyi caiz hesab edirlər) Abdullah deyir: “Elə insanların sorağına getmək istəyirsən ki, atanı öldürmüş və qardaşını xaric etmişdirlər?”. Bu hədis onu göstərir ki, bütün İraq əhalisi Bəni-Üməyyənin zülmündən tənə gəlmişdilər. Ona görə də elə yol axtarırdılar ki, onları bu zülmdən xilas edə bilərdi. Onlar elə insan axtarışında idilər ki, onun bayrağı altında qiyam edə bilsinlər. Həmin dövrdə isə İmam Hüseyndən (ə) başqa rəhbər tapmaq mümkün deyildi. Kufə əhlindən gələn məktub seli İmam Hüseyni (ə) bir daha yəqinə çatdırdı ki, onun üçün hüccət tamamlanmışdır və bu vəzifə boynuna düşmüşdür. Baxmayaraq ki, Kufə əhli vəfasız bir ümmət idi, İmam (ə) yenə də boynuna düşən vəzifəni yerinə yetirmək üçün Kufəyə yola düşür. Təəəsüf ki, həmişə olduğu kimi, Kufə əhli vədinə əməl etmir və İmamı (ə) tək qoyurlar. Beləliklə, İmam Hüseyn (ə) kufəlilərə yaxşı bələd olduğu halda, onların dəvətini ona görə qəbul edir ki, İlahi İmam (ə) olaraq, hüccəti tamam etməli və üzərinə düşən ağır missiyanı yerinə yetirməli idi. /Deyerler.org/ Oxşar xəbərlər
|