Atasının edamı zamanı çəpik çalan Ayətullah oğlu...
Mьəllif: admin1
Tarix: 20-02-2018, 10:37
Atasının edamı zamanı çəpik çalan Ayətullah oğlu...
İnsanın dünyaya etinasızlığı onun dünya ilə vidalaşması zamanı özünü daha çox göstərir. Bu insanlar ömür boyu Allahın razılığını düşünmüş, özlərini və əməllərini Allahın əzəməti qarşısında kiçik saymışlar. Təəssüf ki, nəfsini islah etməmiş insanlar adətən özünü böyük, atdığı addımları düzgün sayır.

İslam tarixində olduqca ağrılı və düşündürücü hadisələr yer alıb. Tanınmış şiə alimi Ayətullah Şeyx Fəzlullah Hurinin edamı 13 rəcəbə, Həzrət Əlinin (ə) ad gününə təyin edilir. Günəşin qürubuna az qalmış Şeyx şad və aram halda, əlində əsa dar ağacına doğru addımlayır.

Dar ağacına çatanda üzünü izdihama tərəf tutub “Nadəli”, deyə çağırır. Nadəli Şeyxin xidmətçisi imiş. Xidmətçi izdihamı yarıb Şeyxə doğru tələsir.

Şeyx cibindən möhür çıxarıb Nadəliyə verir və tapşırır: “Bu möhürü əzib atarsan!” Sonra üzünü camaata tutub buyurur: “Pərvərdigara, şahid ol ki, bu insanlara deməli olduğumu dedim. Pərvərdigara şahid ol axır anda xalqa xəbərdarlıq etdim ki, bu hökuməti (məşrutə) quranlar dinsizdir. Onlar xalqı aldatdılar. Mənim siz camaatla mühakiməm qaldı Həzrət Peyğəmbərin (s) hüzuruna!”

Şeyx sözünü başa çatdırmamış erməni Yusifxan şeyxin əmmaməsini çıxardı və camaata tərəf atdı. Şeyx ətrafdakıları silkələyən bir səslə dedi: “Mənim başımdan əmmaməni götürdülərsə, hamının başından götürəcəklər!” Orkestrin rəhbəri Muzikçiyanın işarəsi ilə marş çalındı. İpi Şeyxin boynuna keçirdilər. İzdiham dəhşət içində Şeyxin edamını seyr edirdi...

Kim idi Ayətullah Şeyx Fəzlullah Huriyə edam hökmü çıxaranlar? İranda Məşrutə hökumətinin arxasında Britaniya dayanmışdı. Onlar İran şahı ilə gizli danışıqlar aparıb Məşrutə oyununu qurmuşdular. Bir çox din alimləri bu hiyləyə aldanıb, Məşrutəni qurtuluş yolu sayırdılar.

Amma Ayətullah Şeyx Fəzlullah Huri böyük din alimləri və xalqa xəbərdarlıq edirdi ki, Məşrutə bir oyundur və qurban həmişəki kimi xalq olacaq. Boynuna ip salınanda hökumət rəsmilərindən biri Şeyxə yaxınlaşır və deyir: “Bir imza ilə Məşrutəni tanı və ölümdən azad ol.”

Şeyx buyurur: “Gecə yuxuda Rəsulullahı (s) gördüm. Buyurdu sabah axşama mənə qonaqsan. Mən imza verməyəcəyəm!” Allah agah alimləri bu ümmətə çox görməsin!

İkinci ibrətamiz nöqtə Şeyx edam olunan zaman onun oğlunun əl çalıb, şadlanmasıdır. Hələ əvvəllər Şeyxdən soruşulanda ki, necə olub oğlu Əhli-Beytə (ə) dümən kəsilib, Şeyx buyurur: “Südəmər vaxtı anası xəstələndi və ona süd vermək üçün dayə tutuldu. Sonra bildim ki, həmin qadın Həzrət Əlinin (ə) düşməni nasibilərdən olub...”

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930