Yemək süfrəsi arxasında danışmaq olarmı?
Yemək süfrəsinin arxasında danışmaq öz-özlüyündə haram deyil və günah sayılmır. Lakin yemək yeyilən zaman danışmaq bəyənilmir.
Yemək süfrəsi danışmaq və söhbət etmək yeri deyil, bunu yeməkdən əvvəl və sonra etmək daha yaxşıdır. Yemək yeyilən zaman danışmaq nemətin bərəkətini əskildər. İnsan danışaraq yediyi zaman diqqəti yayınır və yediyinin dadını lazımınca duymur, bu da artıq yemək kimi fəsadlara yol aça bilər. Təbii ki, süfrə arxasında zəruri olan danışıqlar istisna edilir. Yemək seçimi, xörəyin dadı ilə bağlı suallara cavab vermək, süfrədə nisbətən uzaqda olan bir qidanı ötürməsini başqasından xahiş etmək və s. məkruhluq gətirməz. (islam.az) Oxşar xəbərlər
|