Hər kim ‘Hicr’surəsini oxusa...
“Hicr” surəsi 99 ayədən ibarətdir və Qurani-Kərimin “İbrahim” surəsindən sonra 15-ci surəsində yer tutsa da, məşhur təfsirə görə, hicrətdən öncə Məkkədə, “Yusif” surəsindən sonra və “Ənam” surəsindən öncə Peyğəmbərə (s) nazil olmuş 52-ci surədir.
Ümumiyyətlə, “Hicr” surəsi aşağıdakı mətləblərdən bəhs edir: – Qurani-Kərimin əzəmət və əhəmiyyəti, onun təhrifdən, əskilib-artırılmaqdan qorunması; – Peyğəmbərə (s) yaxılan iftira və töhmətlər; – Yaradılış sirlərini mütaliə etməklə varlıq aləminin Rəbinə iman gətirmək; – Məad, ölümdən sonrakı həyat və azğınların əzabı; – Həzrət Adəmin (ə) yaradılış dastanı və İblisin üsyankarlığı; – Keçmiş qövmlərin, o cümlədən, İbrahim, Lut, Saleh və Şüeyb peyğəmbərlərin qövmlərinin sərgüzəştləri; – Təsiredici xəbərdarlıqlar, təşviqlər, qorxutma və müjdələr; – Müsəlmanların müxaliflər müqabilində müqavimət göstərməsi. 1. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur: من قرأ سورة إبراهيم عليه السلام و الحجر أعطي من الأجر عشر حسنات بعدد من عبد الأصنام و بعدد من لم يعبدها “Hər kim “İbrahim (ə) və “Hicr” surələrini oxusa, bütə pərəstiş edən və pərəstiş etməyənlərin sayından on dəfə çox ona savab verilər.” (“Məcməül-bəyan”, 4-cü cild, səh. 193.) 2. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur: من قرأ هذه السورة اعطی من الحسنات بعدد المهاجرین و الانصار. “Hər kəs bu surəni (“Hicr” surəsini) oxusa, ona mühacir və ənsar zümrələrinin sayı qədər savab əta olunar.” (“Əl-burhan fi təfsiril-Quran”, 8-ci cild, səh.42.) Maide.Az Oxşar xəbərlər
|