Quranın yenilik və təravəti
Mьəllif: admin1
Tarix: 23-09-2019, 10:10
Quranın yenilik və təravəti
İmam Rza (ə):

اِنَّ اللهَ تَعَالَيٰ لَمْ يَجْعَلِ الْقُرآنَ لِزَمَانٍ دُونَ زَمَانٍ وَ لا لِنَاسٍ دُونَ نَاسٍ فَهُوَ فِي كُلِّ زَمَانٍ جَدِيدٌ وَ عِنْدَ كُلِّ قَوْمٍ غَضٌّ اِلَيٰ يَوْمِ الْقِيَامَةِ

“Allah-Taala Quranı xüsusi bir zaman və müəyyən bir cəmiyyət üçün göndərməmişdir. O, Qiyamət gününə qədər hər zaman yeni və hər bir cəmiyyət üçün təravətlidir.”

(“Səfinətul-bihar”, c.7, səh.249.)

Qısa izah

Bu sözlər imam Rzadan: (ə) “Nə üçün Qurandakı sözlərin mənası dəfələrlə oxunmasına baxmayaraq köhnəlmir və həmişə təravətlidir?” – deyə soruşulan suala cavab olaraq bildirilmişdir.

O həzrət Quranın həqiqətinin dolğun mənasına işarə edərək buyurur ki, Quran maddi aləmin yaratdığı və bəşəriyyətin səbatsız, tez ötüb-keçən fikirləri kimi deyildir ki, zaman keçdikcə köhnəlik tozu onun üzərinə hopsun.

Quranın mənbəyi böyük Allahın elmindən qaynaqlanır ki, bu da onun vücudunun əzəli, kəlamının isə zatı kimi əbədi olmasına sübutdur. Bu səbəbdən, hər dəfə Quranı mütaliə etdikdə, yeni və daha maraqlı olur. Bu isə Quranın əzəmət və möcüzəli olduğunu bildirən əlamətlərdən biridir.


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031