Niyə İmam Hüseyn (ə) Mədinədə qiyam etmədi?
Görəsən niyə İmam Hüseyn (ə) Mədinədə qiyam etmədi? Bu sualın cavabı zaman və məkandan asılı idi.
O zaman ki, İmam (ə) Mədinədə idi, hələ Müaviyyənin ölmək xəbərini yaymamışdılar. Bundan başqa, insanlar hətta zalım Müaviyyə (lən) hökuməti ilə İslamın süqutu demək olan Yezid (lən) hökuməti arasında olan fərqi də dərk etmirdilər. Baxmayaraq ki, onu şərabxor və meymun oynadan kimi tanıyırdılar, ancaq Müaviyyənin təbliğatı o qədər güclü olmuşdu ki, Yezid lənətliyə beyətdən imtina etməkdən qorxurdular. O ki, qaldı məkan mövzusuna, Mədinə qiyam etmək üçün münasib yer deyildi. Baxmayaraq ki, Mədinədə ənsarlar yaşayırdılar və onlar Əhli-Beytə (ə) yaxın olan səhabələr idilər, ancaq bu qiyamda canlarını qurban verməyə hazır deyildilər. O zaman ki, İmam Əli (ə) Müaviyyənin (lən) ordusu ilə üzləşir, Mədinədə olan ənsarlardan yardım istəyir. Ancaq onlar yardımdan imtina edirlər. Nəticədə isə İmam Əli (ə) bir neçə yüz nəfərlə sayca xeyli çox ordusu olan Müaviyyə (lən) ilə vuruşmağa məcbur olur. Mədinə əvvəlki Mədinə deyildi. Burada Həzrət Peyğəmbərin (s) vəfatından sonra siyasi vəziyyət tamamilə qəsbkar hakimiyyətə tabe olmuşdu. Bundan başqa, Mərvan və onun kimilərin nüfuzu artmışdı. Hər kəs onlardan qorxur və çəkinirdi. Bu səbəbdən İmama (ə) yardım etmək mövzusu tamamilə sual altına düşmüşdü. Mədinə başqa şəhərlərlə müqayisədə artıq kiçik bir yer idi, Şam və Bəsrə kimi böyük deyildi. Ona görə cəmiyyəti də azlıq təşkil edirdi. Tarix də onu göstərir ki, Mədinə qiyam üçün münasib məkan deyildir. Tarixdə oxuyuruq ki, 63-cü ildə Yezidə (lən) qarşı olan qiyam rahatlıqla yatızdırılmışdı. 145-ci ildə Ələvilərin etdiyi qiyam da onun kimi süquta uğramışdı. Əməvi hakimiyyəti altında olan bu şəhər İmam Hüseynin (ə) edəcəyi qiyama hazır deyildi. O zamanda şəhər hakimləri açıq şəkildə İmam Əlini (ə) lənətləməyə cürət edir və o Həzrətin (ə) haqqında nalayiq sözlər danışırdılar. Ancaq heç kəs bu sözlərə qarşı çıxmır və etiraz etmirdi. Ancaq İmam Hüseyn (ə) və onun nəsli bu sözlərə etirazlarını bildirə bilirdi. Bu səbəbdən deyə bilərik ki, İmam Hüseynin (ə) Mədinədə qiyam etməsi mümkünsüz bir şey idi. Şəhər hakimi şəhəri elə ələ almışdı ki, ən kiçik hərəkətdən belə, xəbər tuta bilirdi. Buna görə də qiyamın burada baş verməsi mümkünsüz idi. Bir sözlə, Mədinə - ümmətin ozamankı acınacaqlı vəziyyətinin bariz nümunəsi idi. Vaxtilə Peyğəmbərə (ə) dəstək verən, İslamın beşiyi olan şəhər, lənətlik Yezidin vaxtında artıq çox bədbəxt vəziyyətə gəlmişdi. Əlbəttə ki, İmam Hüseynin (ə) inqilabı Məkkə və Mədinə əhalisini də oyatdı, onları Yezidə (lən) etiraz etməyə sövq etdi, amma artıq İmam (ə) şəhid olmuşdu və qəsbkar hakimiyyət möhkəmlənmişdi. /Deyerler.org/ Oxşar xəbərlər
|