Ərbəin – İslam dininin qüdrətinin nümayişidir
Ali dini Rəhbər Həzrət Ayətullah Xamenei, İraq nümayəndələri ilə görüşən zaman demişdir: “Siz İslam kəramətini və ərəb kəramətini öz rəftarınızda və əməllərinizdə göstərmisiniz.
Hamısı Seyyidi-şühədaya (ə) olan eşqə görədir. İmam Hüseynə (ə) bəslədiyiniz eşq və əlaqəyə görədir. İmam Hüseyn (ə) zəvvarının ayaqlarını yuyursunuz və yorğun olanda ona yardım edirsiniz. Ona yemək verirsiniz, ona ən yaxşı yerləri verirsiniz. Çünki İmam Hüseynin (ə) zəvvarıdır”. Bəli, Səfər ayının 20-də İmam Hüseyn (ə) aşiqləri Kərbəlaya axışarlar və İmamla (ə) beyətlərini təzələyərlər. Allah yolunda mübarizə etməyə hazır olduqlarını elan edərlər. Bu əzəmətli insan toplumu Yer kürəsinin hər tərəfindən gələnlərdir. İslam dini kamil din olduğu üçün, o zaman ki, İslam bayrağı qaldırılar və şüarları eşidilər, bütün müsəlmanlar “Ləbbeyk!” deyər və bu bayrağın altında toplaşarlar. Bu gün Ərbəin – həmin şüarlardan biridir ki, bir çox Əhli-Beyt (ə) aşiqləri Ərbəin günündə Kərbəlaya tərəf yola düzələr. Bu yolda fədakarlıq edər və öz canından belə keçməyə hazır olarlar. Çünki bu qiyam Peyğəmbərin (s) də buyurduğu kimi, Qiyamətə qədər sönməyən bir alov idi ki, heç bir zaman aradan getməyəcəkdir. Əhli-Beyt (ə) davamçıları bir toplum şəklində yaşamırlar. Onlar dünyanın müxtəlif yerlərində yaşayırlar. Ancaq Ərbəin günü, bu aşiqləri təsbehin dağınıq daşları kimi bir yerə toplayar və kamil təsbehə çevirər. Ərbəin şüarını verənlər ancaq müsəlmanlar deyildir, burada başqa dinin nümayənlərini də görmək olar. Bu da İmam Hüseyn (ə) qiyamının nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Bəli, Ərbəin elə bir gündür ki, insanlar Kərbəlada toplaşar və İslam dininin qüdrətini bir daha nümayiş etdirər və dünyaya nida verər ki, İmamın (ə) qiyamı hələ də qüvvədədir və bu alov heç bir zaman sönməyəcək və İslam dini heç bir zaman aradan getməyəcəkdir. Bu diyar – xatirələr diyarıdır. Bu diyar – Kərbəladır. Bu diyar Allah yolunda şəhid olanların diyarıdır. Eşq olsun sənə, Kərbəla ki, belə insanları sinəndə yerləşdirmisən! /Deyerler.org/ Oxşar xəbərlər
|