Həzrət Musanın (ə) Peyğəmbərimizin (s) ümməti və Aşura ilə bağlı Uca Allaha sualı
Mьəllif: admin1
Tarix: 26-09-2019, 09:53
Həzrət Musanın (ə) Peyğəmbərimizin (s) ümməti və Aşura ilə bağlı Uca Allaha sualı
Nəql olunur ki, Həzrət Musa (ə) Allahla münacat edən zaman Ona belə bir sual verir: “Allahım! Nə üçün Muhəmmədin (s) ümmətini başqa ümmətlərdən üstün etmisən?".

Allah buyurur:

“On sifətə görə:

1. Namaz.

2. Zəkat.

3. Oruc.

4. Həcc.

5. Cümə namazı.

6. Camaat namazı.

7. Cihad.

8. Quran.

9. Elm.

10. Aşura”.

Həzrət Musa (ə) deyir: “Allahım! Aşura nədir?”.

Allah buyurur:

“Mustafanın (s) övladı üçün göz yaşı tökmək, əza saxlamaq və rövzə deməkdir.

Ey Musa! Elə bir bəndə yoxdur ki, Peyğəmbərin (s) övladının əzasında göz yaşı tökər, məgər o zaman behişt ona vacib olmasın.

Elə bir bəndə yoxdur ki, malının bir hissəsini Peyğəmbər (s) övladının sevgisinə görə infaq edər, yemək vermək və ya ondan qeyrisi ilə, bu zaman Allah Təala dünyada hər dirhəmə görə 70 dirhəm ona bərəkət inayət etməsin. Nəticədə Allahın fəzli ilə behiştə daxil olar və günahları bağışlanar.

İzzət və cəlalıma and olsun ki, elə bir qadın və ya kişi yoxdur ki, İmam Hüseyn (ə) üçün Aşura günündə və ya Aşuradan başqa günlərdə göz yaşı tökər və ona yüz şəhidin savabı yazılmasın”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031