İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar
Mьəllif: admin1
Tarix: 22-08-2022, 10:38
İmam Hüseynin (ə) zəvvarı, öz hacəti üçün özü şəfaətçi məqamında olar
“Kamil ziyarət” kitabında bəzi hədislərə rast gəlirik ki, məzmunu belədir:

“Həqiqətən, Allah Təala İmam Hüseyn (ə) qəbrinin zəvvarları üçün, Ərəfat zəvvarlarına təcəlli etməzdən əvvəl təcəlli edər.

Onların hacətlərini yerinə yetirər, günahlarını bağışlayar və onları öz istəklərində özlərini şəfaətçi qərar verər. Sonra Ərəfat əhli ilə məşğul olar. Bu əməlləri onlarla da görər”.

Başqa hədisdə oxuyuruq: “Allah İmam Hüseyn (ə) zəvvarlarına nəzər salar”.

Yəni, Allah Özü zəvvarlar ilə mükalimə edər. Ya da Allah zəvvarlarla birlikdə manacat edər. Allah buyurar: “Ey Mənim bəndəm, Məndən hacət istə ki, yerinə yetirim. Məni çağır ki, həyata keçirim...”.

Bütün bu sözlər İmam Hüseyn (ə) məqamının uca olmasından xəbər verir. Tarixdə oxuyuruq ki, Həzrət Musa (ə) Allahdan istəyir ki, onun üçün təcəlli etsin.

Ancaq Allah ona deyil, Tur dağına təcəlli edir. Musaya (ə) buyurur ki, sənin bu istəyin çox böyük bir istəkdir. Həzrət Musa (ə) da huşdan gedib yerə yıxılır.

Yəni, Allah Ulul-əzm peyğəmbərlərindən olan Həzrət Musaya (ə) deyil, İmamın (ə) zəvvarına təcəlli edər. Bəs bu İmam Hüseyn (ə) kimdir ki, Allah ona bu qədər məqam və dərəcə bəxş etmişdir?

İmam Hüseynin (ə) türbəti haqqında oxuyuruq ki, hər kim İmam Hüseyn (ə) türbətinə səcdə edər, bu səcdə 7-qatlı hicabları aradan qaldırar və yerin yeddinci qatını nura boyayar.

Bəli, İmamın (ə) məqamı o qədər böyükdür ki, Allah onun zəvvarlarına ona verdiklərindən əta edir. Behiştdəki məqamını qaldırır, günahlarını bağışlayır və buyurur ki, hər şeyi əvvəldən başla. Onu qoruyur və ruzisini çoxaldır və ona rəhmət gözü ilə baxaraq ona təcəlli edir.

İmamın (ə) məqamı o qədər böyükdür ki, mələklər onu ziyarət etmək üçün sıraya düzülərlər və özlərini İmamın (ə) qəbrinə sürtərək təbərrük edərlər.

Bu necə şəxsdir ki, hər kim onu ziyarət edər, sanki Allahı ərşində ziyarət etmiş olar?

İmam Hüseyn (ə) buyurur: “Mən göz yaşları üçün öldürülmüşəm. Elə bir mömin yoxdur ki, məni yada salsın və göz yaşları axmasın”.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031