Özünü müdafiə edərkən insanın başqasını yaralamasının və ya qətlə yetirməsinin şəri hökmü nədir?
Cəmiyyətin ayrı-ayrı fərdləri arasında baş verən ixtilaflarda tərəflərdən heç birinin qarşı tərəfə fiziki güc işlətmək, yaxud savaşmaq haqqı yoxdur.[1]
İslam nəzərindən ixtilafların həll edilməsinin və haqqın öz sahibinə qaytarılmasının yeganə yolu xeyirxah insanlara, yaxud islam qazisinin məhkəməsinə müraciət etməkdir. Buna görə də əgər bir şəxs, onun haqqını aradan aparan bir adamla savaşaraq onu vursa və nəticədə ona xəsarət dəysə, islamın cəza qanunlarına müvafiq olaraq qarşı tərəfin ondan qisas almağa və ya diyə almağa haqqı var. İnsanın özünü, namusunu, mal-dövlətini oğrudan, cinayətkar şəxslərdən və sairdən qoruması lazım və qanuni bir işdir.[2] Amma gərək müdafiə zamanı bu cinayət işlərinin qarşısını alan vasitələrin tərtibinə riayət etsin və onun ən aşağı səviyyəsinə kifayətlənsin. و مراتب در دفاع واجب يا جائز در غير محارب، رعايت آنها در سهولت و صعوبت لازم است؛ و اگر هيچ وسيله براى نجات، محتمل نبود، پس در حرمت استسلام و وجوب و دفاع هاى ضد تسليم شدن (به مقدار ممكن) تأمل است Böyük fəqihlərdən bəziləri bu barədə buyurur: “Qeyri-müharib hallarında vacib, yaxud caiz müdafiənin mərtəbələrinə – asanlıq və çətinlik cəhətindən riayət etmək vacibdir. Əgər nicat üçün heç bir vasitəyə ehtimal verilməzsə, bu halda təslim olmağın haramlığında, təslimin ziddinə olan müdafiənin vacibliyində (mümkün olan qədər) təəmmül vardır.”[3] Bununla belə, əgər bir şəxs özünü, mal-dövlətini və ya namusunu müdafiə edərkən ixtiyarsız olaraq qarşı tərəfin yaralanmasına və ya qətlinə səbəb olarsa, gərək səlahiyyətli məhkəmədə kifayət qədər şahid və dəlil-sübutla özünün müdafiə halında olduğunu isbat etsin, yaxud müdafiə halında olmamışsa da, qəsdən olmadan qarşı tərəfi yaralamış və ya qətlə yetirmiş olsa, bu cinayətin qəsdən olmadığını sübuta yetirə bilsin. Belə olan halda diyə verməsi vacibdir. Bundan qeyri hallarda əgər mövcud dəlillər və zahiri şahidlər iddiasından başqa bir şey olsa, onun iddiası qəbul olunmur, məhkəmə mövcud və zahiri dəlillərə uyğun olaraq ondan qisas alınmasına hökm edir. Nəticə: Rəvayətlərdən və fəqihlərin sözlərindən əldə olunan məsələ aşağıdakılardan ibarətdir: 1. İnsanın öz canını, namusunu və malını müdafiə etməsi caizdir; 2. İnsan bunları müdafiə halında qətlə yetirilsə, şəhidin savabına malik olur; 3. Müdafiənin müxtəlif mərhələləri vardır. Belə ki, əgər cinayətkar və təcavüzkar şəxsi öldürməkdən başqa bir yolla müdafiə olunmaq mümkün olmazsa, caninn qanı hədərdir, yəni qatil nə diyə verməlidir, nə də ondan qisas alınmalıdır. Əlbəttə, mal-dövlətlə əlaqədar məsələlərdə buna üstünlük verilir ki, insan öz malından keçsin və mümkün qədər səy etsin ki, mal-dövlətlə əlaqədar dava-dalaşa, qətlə səbəb olmasın. Misal üçün, buyurmuşlar ki, oğru fərar etdiyi zaman onu öldürmək caiz deyildir. 4. Məhkəmədə müdafiənin isbat olunmasının onun caiz olması ilə heç bir əlaqəsi yoxdur.[4] Bu bəhsin çoxlu təfərrüatı vardır ki, başqa yerlərdə araşdırılmalıdır. Amma ümumi cavab yuxarıda qeyd olunanlardan ibarətdir. [1] Hətta əmr be məruf və nəhy əz münkər hallarında da, İslam respublikasının bərqərar olduğu hazırkı zamanda adi camaatın şifahi xəbərdarlıq etmək və yol göstərməkdən başqa vəzifələri yoxdur. Əmr be məruf və nəhy əz münkərin növbəti mərhələsi (fiziki güc işlətmək və tənbeh etmək) polis qüvvələrinin və qazilərin vəzifəsidir. [2] “Camiul-məsail” (Ayətullah Behcət (rəhmətullah əleyh)), 5-ci cild, səh. 212: “İnsanın zəruri ehtiyac duyuğu və qorunub saxlanması vacib olan malı müdafiə etmək vacibdir, hətta başqası tərəfindən onun yanında əmanət qoyulmuş olsa da. Bu zaman onu oğruya təhvil vermək caiz deyildir. Bundan qeyri hallarda, əgər nəfsin (canın) tələf olması ehtimal verilməsə, caizdir.” [3] “Camiul-məsail” (Ayətullah Behcət), 5-ci cild, səh. 213 [4] “Əl-qəvaidul-fiqhiyyə” (Məkarim), 2-ci cild, səh. 32; “Məbaniye Təhriril-vəsirə”, 1-ci cild, səh. 428; “Məbaniye Təkmilətul-minhac”, 41-ci cild, səh. 423; “Əl-məbsut fil-fiqhil-imamiyyə”, 8-ci cild, səh. 76; “Təzkirətul-fuqəha”, 9-cu cild, səh. 435; “Məsalikul-əfham ila tənqihi şəraiil-islam”, 15-ci cild, səh. 52; “Vəsailuş-şiə”, 15-ci cild, səh. 120-123 Oxşar xəbərlər
|