İmam Hüseyni (ə) ziyarət edənlər haqqında İmam Sadiqin (ə) duası
Mьəllif: admin1
Tarix: 1-09-2022, 16:48
İmam Hüseyni (ə) ziyarət edənlər haqqında İmam Sadiqin (ə) duası
“İmam Sadiqin (ə) otağına daxil olmaq üçün icazə istədim. Həzrət icazə verdi. Mən içəri girəndə o, öz namaz yerində (namaz qılmaqla məşğul) idi.

İmam (ə) namazını bitirənədək oturub gözlədim. Namaz əsnasında onun Rəbbi ilə belə münacat etdiyini eşitdim: “Ey kəraməti xüsusi olaraq bizə bəxş edən, bizə şəfaət vədəsi verən, bizə risalət yükünü tapşıran, bizi peyğəmbərlərin varisi edən, ümmətlərin sonuncusu qərar verən, vəsilik və canişinliyi məhz bizə aid edən, keçmişdə baş verənlərin və gələcəkdə baş verəcəklərin elmini bizə əta edən, insanların bir dəstəsinin qəlbini bizə tərəf meyl etdirən Allah! Məni, qardaşlarımı və Hüseynin (ə) qəbrini ziyarət edən zəvvarları bağışla.

Onlar elə şəxslərdir ki, bizə yaxşılıq etmək istəyi, haqqımızla əlaqədar Sənin yanında olanın (bizim haqqımıza riayət edənlərə vəd etdiyin savabın) ümidi, Peyğəmbərini (s) şad etmək niyyəti, habelə bizim işimizə səs verib, düşmənlərimizi qəzəbləndirib, narahat etmək istəyi ilə öz mallarını (Hüseyni (ə) ziyarət etmək üçün) sərf etmiş, bədənlərini əziyyətə salmışlar.

Onların bu fədakarlıqda niyyəti Sənin razılığını qazanmaq olmuşdur. Elə isə bizə görə onların əməllərinin əvəzini ver, yaxşılıqlarına razılığınla cavab ver, gecə-gündüz onları qoru.

Arxalarında buraxdıqları ailələrini və övladlarını ən gözəl şəkildə mühafizə et. Onlara yoldaş ol. Onları hər bir inadkar zalımın, hər bir zəif və güclü şəxsin, insanlar və cinlərdən olan şeytanların şərrindən amanda saxla.

Vətənlərini tərk etdiklərinə, bizi övladlarından, ailələrindən və yaxınlarından üstün tutduqlarına görə Səndən umduqlarınının ən yaxşısını onlara bəxş et. İlahi, bizim düşmənlərimiz ziyarətə getmələrini onlara eyb tutdu, lakin bu iş onları bizə tərəf gəlməkdən saxlamadı.

İlahi, bizə sevgilərinə görə günəşin dəyişdiyi o üzlərə, Əba Abdullah Hüseynin (ə) qəbrinə qoyulan o yanaqlara, bizə rəhmət səbəbindən yaş axıdan o gözlərə, bizə görə narahat olan, yanan qəlblərə, bizə görə olan o uca ah-nalələrə rəhm et. İlahi, susuzluq günü onları hovuzun suyu ilə sirab edənədək həmin canları və bədənləri Sənə tapşırıram!”

İmam Sadiq (ə) bir müddət səcdə halında bu duanı oxudu. Duasını bitirdikdən sonra ona dedim: “Sənə fəda olum! Əgər səndən eşitdiyim bu dua Allahı tanımayan bir şəxs barəsində olsaydı, elə zənn edərdim ki, Cəhənnəm atəşi əsla ona toxunmayacaq...

İmam (ə) sonra buyurdu: “Ey Müaviyə, Hüseyni (ə) ziyarət etməyi tərk etmə”.

Dedim: “Sənə fəda olum, mən bu ziyarətin belə fəzilətli olduğunu bilmirdim”.

Həzrət buyurdu: “Ey Müaviyə! Onun ziyarətçiləri üçün səmada dua edənlərin sayı onlar üçün yerdə dua edənlərin sayından daha çoxdur. (“Kamiluz-ziyarat”, səh117)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031