Kərbəla şəhidi – Əbu Şəsai Kindi
Mьəllif: admin1
Tarix: 5-09-2022, 21:28
Kərbəla şəhidi – Əbu Şəsai Kindi
Onun adı Yezid ibn Ziyaddır. O, əvvəldə İbn Sədin qoşununda idi. Amma iş döyüşlə nəticələnəndə İmam Hüseynin (ə) hüzuruna gəldi.

Maraqlıdır ki, o, Hürrdən öncə İmama (ə) qoşuldu və ilk olaraq süvari halda meydana getdi, amma atını öldürdüklərinə görə xeymələrə qayıdaraq xeymələrin qarşısında diz çökdü və mahir oxçu olduğuna görə Sədin qoşununa 100 ox atdı.

İmam (ə) onun haqqında belə dua etdi:

اللَّهُمَّ سَدِّدْ رَمْيَتَهُ وَاجْعَلْ ثَوابَهَ الْجَنَّة

“İlahi! Onun oxunu hədəfə yetir və Cənnəti ona mükafat təyin et!”

Əbu Şəsai oxları qurtarandan sonra qalxaraq dedi: “Bu qədər oxdan yalnız beşi hədəfə dəymədi.”

Daha sonra qılıncı ilə düşmən səflərinə tərəf şığıdı və bu rəcəzi oxudu:

انَا یزیدُ وابِی مُهاصر اشْجَعُ مِنْ لیثٍ بِغَیلٍ خادِرْ

یا رَبِّ انّی لِلْحُسین ناصر وَلِابْنِ سَعْدٍ تارِكٌ و هاجر.

“Mənəm Mühasirin oğlu Yezid, cəngəl aslanından şücaətli. İlahi, mən Hüseynin köməkçisiyəm, İbn Sədi tərk edib ondan uzaqlaşmışam.”

O, cəsurcasına döyüşərək, nəhayət şəhadətə yetdi. (“Tarixi-Təbəri”, c.4, səh.340; “Əl-əmali”, Şeyx Səduq, 30-cu məclis, “Əbsarul-eyn”, səh.102 və “Əl-kamil”, İbn Əsir, c.4, səh.73; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh. 700-701.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031