Həzrət Rüqəyyənin (s.ə) mübarək qəbrini təmir edən seyid: “Qamçının izləri hələ də xanımın üzərində qalmaqda idi...”
Məşhur xətib Şeyx Əhməd Kafi nəql edir: “Şamın ən böyük Əhli-Beyt (ə) alimlərdən olan Seyyid Haşimin üç qızı var idi. Həmin alim nəql edir:
“Bir gecə qızlarımdan biri oyanıb, məni çağırdı və dedi: “Ata, bu gecə Həzrət Ruqəyyəni (s.ə) yuxuda gördüm ki, mənə deyir: “Atan Seyyid Haşimə de ki, qəbrimə su çıxıbdır və bədənimi narahat edir. Qəbrimi təmir etsin””. Seyyid Haşim bu sözlərə etina etmədi və öz yanından düşündü ki, bir yuxu ilə məgər Xanımın qəbrini açdırmaq olarmı? Sabah gecə ortancıl qızı həmin yuxunu görür. Atası yenə etina etmir. Üçüncü gecə alimin kiçik qızı bu yuxunu görür və Seyyid yenə etina etmir. Nəhayət dördüncü gecə həmin yuxunu özü görür. Alim danışır: “Gördüm ki, bir kiçik qız mənim yanıma gəldi, yaşının kiçik olmasına baxmayaraq, vüqarla mənə dedi: “Seyyid Haşim! Məgər uşaqların sənə demədi ki, mən narahatam və qəbrimi təmir et?”. Mən dəhşət içində yuxudan ayıldım. Şam şəhərinin valisinin yanına getdim. Mən bu yuxunu ona danışdım və o, da Sultan Əbdülhəmidə məktub yazdı. Lakin o, cavab yazdı ki, bizim o qəbri açmağa cürətimiz yoxdur. Əgər Seyyidin cürəti varsa, özü bu qəbri təmir etsin”. Seyyid Haşim də bir neçə alimin köməyi ilə Xanımın hərəmini açdılar və qəbri qazmağa başladılar. Qəbri bir qədər qazan zaman rütubəti hiss etdilər. Bir qədər də dərinə gedəndə gördülər ki, su gəlir və qəbri bürüyüb. Xanımın kiçik bədəni də suyun içindədir. Seyyid Haşim qəbrə girdi və xanımın mübarək cənazəsini əlləri üstə götürdü. Təmir üç gün çəkdi. Gülabdan gil hazırlayıb, qəbri təmir etdilər. Seyyid Haşim ağ parça gətirir və mübarək cənazəni onun içinə qoydu. Sonra da qəbrin içinə qoydu. Alimlər deyir: “Bu üç gündə hamı ağlayırdı. Ancaq Seyyid bədəni qəbrə qoyanda daha güclü fəryad çəkib ağladı. Biri soruşdu: “Nə olub?”. Cavab verdi: “Allaha and olsun ki, eşitdiyimi gördüm”. Dedilər: “Nə gördün?”. Dedi: “Allaha and olsun ki, bu cənazəni qəbrə qoyanda əlimi kəfənin altından çəkdim. Xanımın vücudunun bir hissəsi aşkara çıxdı. Gördüm ki, bədənində hələ də qara və göyərmiş yerlər var. Qamçının izləri hələ də qalmaqdadır””. /Deyerler.org/ Oxşar xəbərlər
|