İnsafın üstün təzahürü necə olur?
Mьəllif: admin1
Tarix: 28-10-2022, 22:44
İnsafın üstün təzahürü necə olur?
Həzrət Peyğəmbər (s) buyurur: “Əməlin seyyidi və sərvəri – başqalarının haqqını özündən almaq və Allaha xatir din qardaşına əl tutmaq və hər bir halda Allahı yada salmaqdır”.

Həzrət (s) bu sözləri ilə buyurur ki, müsəlman olmaq – ancaq “Lə iləhə illəllah”ı deməklə kifayətlənməz, insan elə olmalıdır ki, nə zaman İlahi əmrlə qarşılaşsa – ona əməl etsin və nə zaman Allahın nəhyi ilə qarşılaşsa – o işi tərk etsin.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim malını verərək yoxsulla həmdərd olar və insaf göstərər – o, həqiqi mömindir”.

Peyğəmbərimiz (s) buyurur: “Hər kim insanların haqqını özündən alar – onun başqaları üçün hakim olmağı bəyəniləndir”.

Beləliklə, deyə bilərik ki, hər kim həqiqi mömin olmaq istəyirsə, gərək özündən əvvəl başqalarını düşünsün.

Əgər boynunda kiminsə haqqı vardırsa, onu özündən almağı bacarsın və həmin şəxsə versin. Yəni, özünü arxa plana atsın.

İnsaflı olmağın əhəmiyyəti elə budur. Özünü başqalarından sonraya salmaq və başqalarının haqqını özündən almağı bacarmaq. Belə insan – insaflı və ədalətə riayət edən insandır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031