Əməllərin qəbul olmasının nişanəsi
Mьəllif: admin1
Tarix: 9-10-2019, 14:03
Əməllərin qəbul olmasının nişanəsi
Əməlin qəbul olması o deməkdir ki, insanı Allaha yaxınlaşdıra bilsin. Çünki dinin həyatdakı hədəfi - İlahi qürbə çatmaqdır. Ona görə də o əməl ki, insanı Allaha yaxınlaşdırar, qəbul olan əməl olar. Mömin üçün hər bir əməlin meyarı Quran və Məsumların (ə) sünnətidir.

Əgər insan əməlinin meyarınıı tanıyarsa və əməlinin bu meyarla haməhəng olduğunu bilərsə, gərək ümidvar olsun ki, əməli Allah tərəfindən qəbul olar.

Xülasə, demək olar ki, əməlin qəbul olmaq şərti: xalis niyyət, təqva, yəni vacibatları yerinə yetirmək və haramlardan çəkinmək, əməlin yəqin imanla birlikdə olması, əməlin şəri olmasına riayət etmək, Əhli-beytin (ə) sünnətini davam etdirmək və sevgi göstərməkdir.

İnsan əməlinin qəbul olmasında iki şeyə riayət etmək lazımdır:

1. Əməlin düzgün yerinə yetirilməsi. Bu əməl insanı Allaha yaxınlaşdırarsa düzgün yerinə yetirilmiş olar. Belə ki, dini cəhətdən batil əməl hər nə qədər qürb niyyətilə ilə yerinə yetirilərsə-yetirilsin, insanı Allaha yaxınlaşdırmaz.

2. Əməli imanla, İlahi niyyət və qürbət qəsdi ilə yerinə yetirmək. “Hər kim - kişi yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

Yəni, təyyibə həyata çatmaq üçün iki şey lazımdır: biri saleh əməl və ikincisi mömin olmaq, yəni bir işi Allaha görə yerinə yetirmək.

Ona görə də niyyət, əməlin yerinə yetiriləməsində mühüm mövzudur. Hədislərdə oxuyuruq ki, niyyət əməlin özündən yaxşıdır. Çünki əmələ dəyər verər və həqiqətdə əməlin dəyər yükünü niyyət öhdəsinə götürmüşdür.

Möminin niyyəti əməlindən üstündür. Çünki o zaman ki, niyyət edər, Allaha yaxınlaşar. Nəfsində İlahi qürbdən nur yaranar. Bəzən həmin əməli görməyə müvəffəq olmaz, lakin həmin niyyət öz təsirini qoyar. Əgər həmin əməli görməyə müvəffəq olarsa daha çox nur hasil olar.

Əlbəttə qeyd edək ki, o kəs ki, behiştə çatmaq və cəhənnəm atəşindən xilas olmaq üçün saleh əməl görərsə, həqiqətdə Allaha və məada iman bəsləyər. Həqiqətdə əməlini Allaha yaxınlaşmaq üçün edir, qürb niyyəti də elə budur.

Lakin o kəs ki, ancaq Allahın razılığını əldə etmək üçün və eşq üzündən ibadət edər - daha üstün mərtəbədə qərar tutar və onun niyyətinin dəyəri daha çox olar. Niyyət - əməlin canıdır.

Deyilir ki, ibadət zamanı niyyət edin, ona görə deyilir ki, yəni, qəsdin olsun, məqsədin olsun. Yəni insan qəsd edər ki, Allahın rənginə boyanacaqdır.

Biz birinci dərəcədə niyyətlə Allaha yaxın olarıq. Sonrakı dərəcədə isə əməllə. İbadətin düzlüyü niyyətdən asılıdır. Onsuz əməl batil olar.

Əməlin qəbul olmasının nişanəsi.

Allah tərəfindən qəbul olan əməllərin nişanələri vardır:

1. Nə zaman insan yaxşı bir iş görməyə müvəffəq olsa, bu əməl sonrakı yaxşı əməl üçün zəminə olar. Buna tofiq deyilir. Yəni hər bir xeyir əməl insana növbəti xeyir əməl üçün tofiq nəsib edər.

2. Mənəvi xoş hal, rəğbət, ibadətə meyl, dua, xeyir işlərə batini cazibə - əməlin qəbul olmasının başqa nişanələrindəndir.

3. Baxmaq lazımdır ki, bir yaxşı əməl insanı günaha düçar olmaqdan nə qədər müddətə qoruya bilər. Bu, əməli ölçmək üçün yaxşı meyardır. Misal üçün biz namaz qılırıq, baxaq görək namazdan sonra nə qədər müddətə günah işlətməyəcəyik.

Əgər Allah öz ədaləti ilə hər bir əməlimizi ölçməyə başlasa, heç birimizin əməlinin qəbul olması üçün ümid qalmaz. Lakin Allahın lütf və fəzlinə ümid edərək, saleh əməllərimizin qəbul olmasına ümid edirik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031