İmam Hüseynin (ə) bu qədər səbir etməsinin sirri nədir?
Mьəllif: admin1
Tarix: 27-10-2019, 20:15
İmam Hüseynin (ə) bu qədər səbir etməsinin sirri nədir?
Aşura günü ən çox ürəkləri dağlayan hadisə - Əli Əsgərin şəhadəti idi və İmam (ə) bu müsibətə görə göz yaşları tökmüşdü. Tarix nəql edir ki, İmam (ə), Aşura günü iki dəfə nalə çəkib ağlamışdı.

Onlardan biri qardaşı Əbülfəzl Abbas şəhid edilən zaman, biri isə qucağında saxladığı əziz balası Əsgərin şəhadətində. Övladın ata qucağında ölməsi çox ağrılı bir müsibətdir. Bu müsibətə görə Allah İmama (ə) başsağlığı vermişdi.

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “O zaman ki, İmam Hüseyn (ə) mübarək əllərini Əli Əsgərin qanı ilə doldurdu, göyə atdı və onun bir damcısı belə yerə enmədi”.

Bütün bunlar müsibətin əzəmətindən xəbər verir. Tarixin nəql etdiyinə görə bu zaman İmam (ə) göyə nəzər saldı və buyurdu:“Bu müsibət mənim üçün asandır, çünki Allah dərgahındadır”.

Yəni onun verdiyi bu qurbanları Allah görür və onlardan agahdır. Bəs İmamın (ə) bu qədər səbir etməsinin sirri nədə idi?

İmam Hüseyn (ə) Aşura səhnəsindən misilsiz səbir nümayiş etdirmişdir. Bütün bunlar isə Həzrətin (ə) riza və təslim məqamına çatmasından xəbər verir.

O, bütün nəyi vardırsa, Məhbubu yolunda qurban verdi. İmam (ə) yaxşı bilirdi ki, onun malik olduğu hər şeyi Allah ona inayət etmişdir.

Ona görə də yenidən Allaha qayıtması – təslim məqamının ucalığından xəbər verir. Ariflər bu hala təvfiz deyirlər.

Təslimin ən uca məqamında yerləşən insan yaxşı bilir ki, nə baş verirsə, Allahın hikməti əsasında baş verir və ona görə də Allahın iradə etdiyi hər bir əməl onun malik olduğu hər şeydən üstün idi.

Ona görə də ubudiyyət məqamını fəth edən İmam (ə) həm təvəkkülə, həm təfvizə və həm də səbrə malik idi. Bu üç məqam – ubudiyyətin nişanələridir.

Elə möminlər vardır ki, mərifətlərinin uca məqama çatması nəticəsində Allahın istəklərini hər şeydən üstün bilirlər. Əgər insanın Allahla belə rabitəsi olarsa, təvəkkül məqamından da uca məqama çatar.

Çünki, təvəkkül odur ki, insanın hansısa bir işdə səy göstərməsi ona kifayət etmir. Özünü yardıma ehtiyacı olan insan kimi bilər. Ancaq Allahdan başqa hər bir varlığın möhtac olduğunu bildiyinə görə, Allaha təvəkkül edər və ancaq ondan yardım istəyər.

Bütün bu deyilənlərdən daha uca məqam vardır. O da budur ki, bəndə heç bir istəyə malik olmaz, ancaq Allahın etdiklərinə razı olar və ancaq Allah rizası üçün işlər görər. Bu məqam – riza məqamıdır. Rizanın ən ali mərtəbəsi – təslimdir.

Beləliklə deyə bilərik ki, İmamın (ə) səbir etməsinin sirri – onun ali məqamda qərar tutmasına görədir. İmam (ə) həm riza, həm təslim, hər təfviz və həm də səbir məqamının ən uca nöqtəsində qərar tutmuşdur. Bu səbəbdən hər şey ona asan gəlir, hətta körpə balası Əli Əsgərin şəhadəti belə.

Allah bizlərə də bu məqamlara çatmaq tofiqatını versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031