Ayətullah Misbah Yəzdi: “Ərbəin ziyarətində atılan hər bir addımın savabı sayılası deyildir”
Ayətullah Misbah Yəzdi buyurur: “Biz Əhli-Beyt (ə) davamçıları elə tərbiyə olunmuşuq ki, Əhli-Beytdən (ə) gələn hədislərə mütləq inanırıq. Ancaq şeytanlar bəzi hədislərdən sui-istifadə edərək, şübhə yaratmaq ardıncadırlar.
Misal üçün, hədislərin birində oxuyuruq ki, ziyarət zamanı atılan hər bir addım həcc və ümrə savabına malikdir. Şeytanlar deyir ki, belə ola bilməz. Çünki necə ola bilər ki, insanın atdığı hər addıma görə ona bu qədər savab yazılsın? Bəziləri güman edir ki, Allah insanların Məkkəyə gəlib, Kəbə evini təvaf etməsindən xoşu gəlir. Halbuki, belə insanlar Allahı maddiləşdirmək istəyirlər. Allah hər bir şeydən etiyacsızdır, eləcə də Kəbə ətrafında təvaf edənlərin səyindən və çalışmasından. Əgər bütün insanlar kafir olsalar belə, Allaha təsiri olmaz. Məsum İmamlarımız (ə) da o cürdür. Yəni, belə deyildir ki, məşhur olmaqdan xoşları gəlir. Hətta İmam Xomeyni (r) belə deyildi. O zaman ki, insanlar Qumda olan evini əhatə edərdilər, o, evin eyvanına çıxar və onlara əl edərdi ki, razı olsunlar. Amma əsil niyyəti Allahı razı salmaq olurdu. Allah evini və Məsumları (ə) ziyarət etmək ona görə əhəmiyyətə malikdir ki, insanlar ziyarət yolu ilə kamala çatsınlar. Savab əldə edərək kamala çatsınlar. Bəzən zəvvar elm və agahlığının az olmasına görə özünü ziyarət etdiyi şəxsə tələbkar hesab edər. Halbuki, biz insanlar şükür səcdəsini edib Allaha şakir olmalıyıq ki, bizə bu məqamı nəsib etmişdir. Bu zaman belə bir sual yarana bilər ki, necə ola bilir ki, insanın kamala çatması Allahla rabitədən asılıdır? Aydın olması üçün misal çəkək: əgər bir damcı qan stəkana düşərsə, onu nəcis edər. Amma əgər ona tökülən su, kür suyuna qoşulubdursa, həm su və həm də stəkan pak olar. Necə ki, kür suyu nəcis stəkanı paklayır, bizim Allahla rabitəmiz də ruhumuzun paklanmasına gətirib çıxardır. Bu rabitə hər nə qədər çox olarsa, paklıq da daha çox olar. Əhli-Beyt (ə) də bu paklayıcılardan biridir. Onlarla rabitədə olmaq – Allahla rabitədə olmaq deməkdir. Dənizə qoşulan bulaq kimidirlər. Bulaq suyundan istifadə etmək – əslində dəniz suyundan istifadə etmək kimi olar. Allah Təala vacib namazlarda da belə, Əhli-Beyti (ə) yada salmağı vacib buyurmuşdur. Misal üçün cümə namazı da Allahı yada salmaq üçündür. O zaman ki, insan Ərbəin yürüşünə qoşular və qəlbi İmamı (ə) yada salar – bu, onun ruhunda dərin izlər buraxar. Təbiidir ki, hər kim belə ziyarəti yerinə yetirər, ruhu tərəqqi edər. Atdığı hər addımı belə, sayılası deyildir. Çünki bu insanın qəlbində İmam (ə) həmişəlik olaraq həkk olmuşdur və ondan qafil olmağa imkan verməz. Əslində Allahla rabitə qurmaq – mərifət və elmdən asılıdır. Hər kimin elmi daha çox olarsa, Allahla rabitəsi də uzun olar. Bu agahlıq ziyarətə gəlməzdən əvvəl əldə olunmalıdır ki, ziyarətə təsiri daha çox olsun. Bu səbəbdən deyə bilərik ki, Ərbəin hadisəsi dünyada misili olmayan hadisədir ki, insana bu qədər savab və tərəqqi nəsib edir”. (Deyerler.org) Oxşar xəbərlər
|