İsrailin diplomatik nümayəndəlikləri bağlandı
İsrailin dünyadakı bütün diplomatik nümayəndəlikləri diplomatların və hərbi atteşelərin tətilə getməsiylə bağlanıb.
Ölkədə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin ortaq qərarının səbəbinin Maliyyə Nazirliyinin diplomatlara və hərbi atteşelərə tətbiq etdiyi büdcə kəsiri olduğu bildirilib. İsrail konsulluqlarının birgə açıqlamasında "Maliyyə Nazirliyinin üzərində ortaq məxrəcə gəldiyimiz büdcə razılaşmasına riayət etmədiyi və birtərəfli qərarlar verdiyinə görə diplomatik fəaliyyətlərimizi dayandırmaq məcburiyyətində qaldıq", - deyə qeyd olunub. Bu çərçivədə İsrailin Gürcüstandakı səfirliyinin də fəaliyyətini dayandırdığı diqqətə çatdırılıb. (eastnews) Oxşar xəbərlər
|