Riyanın təzahürləri hansılardır?
Mьəllif: admin1
Tarix: 31-10-2022, 10:28
Riyanın təzahürləri hansılardır?
Riya – rəzil sifətlərdən olub, insanı İlahı rəhmətdən məhrum edər. Bəs riyanın nişanələri hansılardır? Bunlardan bəziləri ilə tanış olaq.

1. Paltarı ilə özünü göstərməsi. İnsanların əksər hissəsi paltarlarının yardımı ilə başqalarından fərqlənməyə çalışırlar. Bu yolla batinlərində olan zəifliyi büruzə verməməyə çalışırlar.

Cəmiyyətə nəzər salsaq görərik ki, o kəslərin ki, o ləslərin ki, intellektual səviyyəsi aşağıdır, xüsusi sərvətə malik olmamasına baxmayaraq, zənginlər kimi geyinməyə çalışarlar.

2. Qonaqlıqda özünü göstərməsi. Sileyi-rəhm – dinimizin tövsiyəsidir və çox sayda savaba malikdir. Ancaq bəzən qonaqlıq sileyi-rəhmdən çıxar və riya libasına bürünər. Riyakar insan istəyir ki, məclisdə olanlar onun nə qədər qüdrətə malik olduğunu bilsinlər.

Tək hədəfi vardır və o da budur ki, başqaları onun nə qədər qonaqpərvər olmasından danışsınlar. Belə bir qonaqlıqda israfa yol verilir. Ona görə də bu cür məclislər ixlasdan uzaq olduğu üçün sahibinə ancaq ziyanlar vurar.

Peyğəmbər (s) buyurur: “O kəs ki, riya süfrəsi açar, başqalarına nümayiş etdirmək üçün insanlara yemək verər – Allah cəhənnəm əhlinin çirkin yeməklərindən ona yedizdirər”.

3. Ev tikən zaman özünü göstərməsi. Riyakar insanların nişanələrindən biri də budur ki, ev tikən zaman təmtəraqlı bir ev tikər ki, başqalarının gözü onda qalsın. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, özünü nümayiş etdirmək üçün tikili tikər, Qiyamət günü Allah həmin tikilini onun üçün atəş qərar verər”.

Yəni, elə bir ev tikər ki, onun üçün böyükdür və niyyəti başqalarının diqqətini cəlb etmək olar.

4. İbadətdə özünü göstərməsi. Amma riyaların ən dəhşətlisi – insanın ibadətdə riyakarlığıdır. Bu, ya özünü ibadətdən ləzzət alan kimi göstərməkdə, ya uzun-uzadı müstəhəblərə diqqət etməkdə, ya da hansısa digər nöqtələrdə təzahür tapır. Tək olanda isə bu insan ibadətini süst və həvəssiz yerinə yetirir.

Riyakarlığın bu növü xüsusilə təhlükəlidir. Amma, vəziyyəti dramatikləşdirməyə də ehtiyac yoxdur. Kifayət edər ki, insan bu mövzunu nəzarətə götürsün, camaat arasında özünü xüsusi ibadət əhlindən olan kimi göstərməyin eyibliyini dərk etsin. Rəhim Allah tezliklə ona Öz tofiqatını nazil edər və o şəxs, tövbəkarlardan olar.

Allah Təala bizləri riyanın hər bir təzahüründən hifz etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031