Bu evi necə pak etmək olar?
Mьəllif: admin1
Tarix: 6-11-2022, 10:13
Bu evi necə pak etmək olar?
Qurani-Kərim, Həzrət İbrahim (ə) barəsində buyurur: “Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kəbənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kə'bə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim Evimi təvaf edənlər, (ibadətə) duranlar və rüku və səcdə edənlər üçün təmizlə!»”. (“Həcc” 26).

“Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və(dedik): “İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin”.

Və İbrahim ilə İsmailə tapşırdıq ki, “Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin””. (“Bəqərə” 125).

Allah Təala bu iki ayədə göstəriş verir ki, Allahın Evini təvaf edənlər və namaz qılanlar üçün pak edin. Küfrün köklərini sındırın.

“Lətayifi əşərat” təfsirində oxuyuruq ki, zahirdə söhbət Allahın evindən düşməsinə baxmayaraq, ayənin batini əslində qəlb evinə işarə edir. Yəni, insan həqiqi bəndə olmaq üçün qəlb evini hər cür bütlərdən və çirkinlikdən pak etməlidir.

Təvaf deyildikdə də, qəlb evi nəzərdə tutulur. Belə ki, ariflərin qəlbi hər an təvaf halındadırlar. Qəlblərində Allah üçün yer vardır və onların tək hədəfi – Tək olan Allaha inanmaq və müti olmaqdır.

O qəlb ki, safdır və möminlərə qarşı rəhimdir – Allah tərəfindən sevilən qəlbdir. Çünki həmin evin sultanı – Allahdır. Ona görə də insan çalışmalıdır ki, qəlbin paklığını qoruya bilsin. Onu küdurətdən, nəfsani istəklərdən pak etsin.

Həzrət Davuda (ə) vəhy gəlir: “Ey Davud! Evi pak et ki, Allah evə ensin”.

Davud deyir: “Allahım! O hansı evdir?”.

Vəhy gəlir: “O, möminin qəlbidir”.

Soruşur: “Allahım! Necə pak edim? Onda eşq atəşi yandır ki, sizə aid olmayan şeylər orada yansın. Ondan sonra onu süpür ki, əgər çirkinlikdən nəyisə qalıbdırsa, pak olsun”.

Beləliklə deyə bilərik ki, necə ki, Kəbə evi – Allahın evidir, eləcə də möminin qəlbi – Allahın evidir. Necə ki, İbrahim (ə) Kəbəni pisliklərdən təmizləyib pak etmişdi, gərək mömin bəndə də qəlbini pisliklərdən pak etsin. Ancaq o zaman Allah həmin qəlbə nəzər salar və orada sakin olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031