Həsədin paxıl insana vurduğu 6 ziyan
Mьəllif: admin1
Tarix: 20-10-2024, 12:48
Həsədin paxıl insana vurduğu 6 ziyan
Həsəd - o rəzil sifətlərdəndir ki, insanı uçuruma tərəf aparar və hətta dinindən döndərər. Həsəd başqalarına ziyan vurduğu kimi, sahibinə də dəhşətli ziyan vurar. Onlarla tanış olaq:

1. Həsəd imanı aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd imanı məhv edər”. Bu cür insan belə hesab edər ki, Allah (nəuzubillah!) ədalətsizdir və başqalarına verdiklərindən ona verməmişdir. Ona görə də bu əqidədə olan insan imanını itirər.

2. Həsəd bütün yaxşılıqları aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd yaxşılıqları yeyər və aradan aparar, necə ki, atəş odunu yeyər və aradan aparar”.

3. Həsəd insanı cismi və ruhi xəstəliklərə düçar edər. Belə bir insanın hüzuru olmaz. İmam Əli (ə) buyurur: “Həsəd bədəni suya çevirər”. “Həsəd aparan insan davamlı olaraq xəstə olar”.

4. Həsəd tənhalığa səbəb olar. Belə bir insan dostlarını əldən verər və hamı ondan uzaq olmağa çalışar. İmam Əli (ə) buyurur:“Həsəd aparan insanın dostu olmaz”.

5. Həsəd, sahibinin tərəqqi etməsinə mane olar. Çünki bu şəxs ömrünün əksər hissəsini qarşı tərəfə ziyan vurmaq planları cızmaqla keçər.

6. Həsəd aparan insan çalışar ki, qarşı tərəfə hansı yolla olursa-olsun, ziyan vursun. O, hətta öz canından keçməyə razıdır ki, qarşı tərəfə ziyan vura bilsin.

Allah Təala cəmimizi bu rəzil sifətdən amanda saxlasın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930