Bu xüsusiyyətin necəliyini Uca Allahdan başqa heç kim bilmir
İmam Əli (ə) buyurur: “Əgər bizim behiştə çatmağa ümidimiz, cəhənnəmdən qorxumuz, savab və cəza intizarımız olmasaydı, (buna baxmayaraq, yenə də) layiqli olardı ki, fəzilətli əxlaqın sorağına gedək. Çünki onlar – xilas olmağa yol göstərəndir”.
Bu hədisdən göründüyü kimi, əxlaqa olan ehtiyac bəşərin ən böyük ehtiyacıdır. Xüsusi bəndəyə və ya cəmiyyətə aid deyildir, əslində hamıya şamil edilir. Məkarim əxlaq o qədər dərindir ki, adi insanlardan heç kəs onun dərinliklərinə enə bilməmişdir. İmam Sadiq (ə) buyurur: “Məkarim əxlaq tapılmaz, məgər dostların və seçilmişlərin varlığında. O şey ki, həqiqi məkarim əxlaqdır – Allah Təaladan başqa heç kəs bilmir”. İmam Sadiqin (ə) nəzərində əxlaqın uca zirvələri ilə tanış olaq: 1. Əxlaqın əhəmiyyəti. İmam Sadiq (ə) buyurur: “Heç bir həyat, gözəl əxlaq qədər şirin deyildir”. 2. İmam Sadiqə (ə) sual verirlər ki, məkarim (üstün) əxlaq nədir? Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: “Sənə zülmü rəva biləni bağışlamaq, səninlə rabitəsini kəsənlə rabitə qurmaq, səni məhrum edənə əta etmək, zərərinə olsa da haqqı demək”. 3. Peyğəmbərlərin (ə) sifətidir. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah Təala peyğəmbərinə (ə) fəzilətli əxlaq vermişdir. Ona görə də özünüzü imtahana çəkin. Əgər (məkarim əxlaqa maliksinizsə), Allahın sitayişini yerinə yetirin. Ondan istəyin ki, sizə daha çox inayət etsin”. 4. İmam Sadiq (ə) buyurur ki, məkarim əxlaqın nümunələri bunlardır: yəqin, qənaət, səbir, şükür etmək, nəfsinə hakim olmaq, xoş rəftar, səxavət, qeyrət, şücaət və igidlik. Xoş əxlaqın gətirdiyi səmərələr: 1. Ruzinin artması. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq ruzinin artmasına səbəb olar”. 2. Ömrün uzanması. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, yaxşılıq və gözəl əxlaq ömürlərin uzanmasına səbəb olar”. 3. Günahların pak olması. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq günahı əridər, necə ki, günəş buzu əridər”. 4. Dünya və axirətin zinətidir. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq dünyada gözəlliyə, axirətdə genişliyə səbəb olar”. 5. Mücahid kimi savab aparar. İmam Sadiq (ə) buyurur: “Allah bəndənin gözəl əxlaqına görə elə savab əta edər ki, hansını Özünün yolunda gecə və gündüz vuruşan mücahidə əta etmişdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|