Qeyrət elə bir batini hissdir ki, Allah Təala ailə hərəmini qorumaq üçün insanın fitrətinə qoymuşdur
O şey ki, insanı haqq yoldan azdırar və Allah Təaladan uzaq salar – əxlaq rəziləti hesab olunur. Rəzil sifətlər insana kamala çatmağa mane olar və insanı insanlıq yolundan uzaqlaşdırar.
Qurani-Kərimin buyurduğu kimi: “Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179). Qeyrət hissi əxlaqi fəzilət hesab olunur, lakin onun əksi olan qeyrətsizlik rəzil sifətlərdəndir. Qeyrət elə bir batini hissdir ki, Allah Təala ailə hərəmini qorumaq üçün insanın fitrətinə qoymuşdur. Bu hiss kişilərdə daha güclüdür, çünki ailəni qorumaq vəzifəsi onlara verilmişdir. Dini qeyrət elə bir İlahi sifətdir ki, o kəs ki, ona malik olar, dinin və ağlın çirkinliklərinə həsasslıq göstərər və fitri qeyrət hissinə görə onları haram bilər. Ona görə də onlara düçar olmaz. Mömin kişi və qadınlar – qeyrət sahibidirlər və dini və əqli mövzulara qarşı qeyrət göstərərlər. Namusu qorumaq və hifz etmək – kişinin şərəf və igidliyi ilə sıx rabitədədir. İslam dini hər bir müsəlman kişidən istəyir ki, həm ailə üzvlərini və həm də dindaşlarını hər cür təhlükədən qorusun. Bu yolda səhlənkarlıq etməsin. Bu gün cəmiyyətdə qeyrət hissinin bir qədər zəiflədiyinin hamımız təəssüflə şahidi oluruq. İmam Sadiq (ə) buyurur: “Kişi mənzili və ailəsini idarə etmək üçün üç sifətə ehtiyac duyur ki, əgər təbii şəkildə onlara malik olmasa, gərək özünü ona vadar etsin. Xoş rəftar, ölçülmüş açıq əlli olmaq, onları qorumaq üçün qeyrət”. Ailədə kişinin vəzifələri vardır ki, onlara qarşı həssas olmalıdır və bu vəzifələrdən biri də qeyrətli olmaqdır. Bu hiss o zamana qədər bəyənilir ki, orta həddi aşmasın. Kişinin qeyrəti onun imanından gələr və zəruri bir hissdir. Qadınlar da ərlərinin qeyrətli olmasını istəyirlər. İstəyirlər ki, ərləri onları daima qorusun və himayə etsin. Lakin bu mövzuda da qeyrət hissi həddini aşmamalıdır. Çünki mömin qadınların bir çoxu bu mövzulara xüsusi diqqət edirlər, əgər bu mövzuda ifrat olarsa, onlarda bədgümanlıq meydana gələr. İmam Əli (ə) oğlu İmam Həsənə (ə) belə tövsiyə verir: “Yersiz qeyrətdən çəkin ki, o, sağlamı xəstə, iffətlini bədgümanlığa tərəf çəkər”. Əgər kişinin qeyrəti həddən artıq olarsa, özü ilə mənfi nəticələr gətirə bilər. Beləliklə, deyə bilərik ki, bu gün cəmiyyətdə zəifləməkdə olan qeyrət hissini gücləndirmək hər bir mömin cavanın vəzifəsidir. Lakin bir şərtlə ki, həddini aşmasınlar. /Deyerler.org/ Oxşar xəbərlər
|