İnsan öz iradəsini necə gücləndirə bilər?
Mьəllif: admin1
Tarix: 15-11-2019, 20:58
İnsan öz iradəsini necə gücləndirə bilər?
Ayətullah Cavadi Amuli, İmam Sadiqin (ə) mübarək dilindən bizlərə iradəni gücləndirməyin yollarını bəyan etmişdir ki, onlarla tanış olaq.

1. Hər bir halda sadiq olun. İmam Sadiq (ə) buyurur: “Söz deməzdən əvvəl sədaqətin ədəbini öyrənin. İstər söz nəzəri mövzulara aid olar – haqqı deyin. İstərsə də əmələ aid olar – sadiq olun.

O zamana qədər ki, insan sədaqətin dəyərini bilməz – sədaqətə agahlığı olmaz. O kəsin ki, sədaqətə agahlığı olmaz – danışmağın meyarı ixtiyarında olmaz. Nə danışa bilər, nə də natiqlərin sözlərinə dəyər verə bilər. Çünki sözün meyarı – sədaqətdir.

Bu sədaqət insan canı ilə qarışmışdır. O zamana qədər ki, ruh sadiq olmaz, insan heç bir zaman sözün dəyərini bilməz. Sədaqət həmin haqdır. Haqqı tanıyan isə ağıldır”.

Əgər sədaqətli olsanız, iradəniz güclənər və imanınız artar.

2. İradə və bədən. İmam Əli (ə) buyurur: “Mən Xeybərin qapısını bədən gücümlə qopartmadım. İradənin qüdrəti ilə qapını yerindən qopartdım”.

Əziz İmam (ə) buyurur ki, əgər insanın iradəsi güclü olarsa, bədəni də güclənər. Bu, ruhun gücüdür ki, bədəni güclü edir. Ona görə də ruhunuzu gücləndirin ki, iradəniz də güclü olsun.

3. Günahdan uzaq olmaq. Günahkar insan etdiyi günahın əsiri olar və əsir olduğu üçün zəlil olar. Hər kim istər özünə və istərsə də başqasına zülmü rəva bilibdirsə, o, alçaq insandır və alçaq insan iradədən məhrum olar. Ona görə də İmam Sadiq (ə) buyurur ki, zalım – alçaqdır.

Zillət zülm etməkdə özünü göstərər, izzət isə itaətdə.

Hər bir halda İmam (ə) buyurur ki, əgər güclü iradəyə malik olmaq istəyirsənsə, gərək günahdan uzaq olasan, zalım və alçaq insanlar iradədən məhrum olarlar.

4. İbadət etmək. İmam Sadiq (ə) buyurur: “İradəni gücləndirməyin tək yolu – ibadətdir, niyyəti gücləndirməyin yolu – ancaq ibadətdədir”.

5. Allahı tanımaq. İbni Əbi Uca, İmam Sadiqə (ə) deyir: “Sən bizi qaib olan birinə həvalə edirsən. Biz həmin şeyi görməyincə, hiss etməyincə qəbul etmərik”.

İmam (ə) buyurur: “Mən səni bir şahid və hazır olana dəvət edirəm. Allah ki, qaib deyildir? Allah sizinlədir və Allahın yeri boş deyildir. Hər bir halda Allahın hüzurundasan. Necə ola bilər ki, qaib olsun?”.

Allah Təala bizləri iradəli, izzətli, sadiq, günahdan uzaq olanlardan qərar versin.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031