Düyünlərin açılması üçün hər gün Allahın bu adını 77 dəfə zikr etmək
İlahi zikr elə bir güclü amildir ki, insana mənəvi həyatı hədiyyə edər. Yorğun qəlb Allahı yada salmaqla gümrah olar. Hər kim Allahı yada salar, həyatında olan düyünlər bir-bir açılar.
Allahı yada salmaq – İlahi qürbə çatmağın yollarından ən üstünüdür. Allahı yada salmağın bir çox bərəkətləri vardır. Onlardan biri də Allahın müqəddəs adlarından olan Vədud zikrini davamlı olaraq deməkdir. “Vədud” sözünün lüğətdəki mənası meyilli olmaq, təmənna və arzudur. Allahın Vədud adının mənası isə sevən deməkdir. Quranda iki dəfə işlənmişdir. Bir dəfə ğəfur mənasını vermiş və bir dəfə də rəhim olmaq mənasını vermişdir. «Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir». (“Hud” 90). “Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur. Odur!(İtaətkarları) bağışlayan və çox sevən!”. (“Buruc” 13-14). Alimlər deyir ki, hər kim düşməni dəf etmək istəyirsə, 40 gün Allahın bu adını 20 dəfə deyərsə düşmən onunla mehriban olar. Eyni zamanda tövsiyə olunur ki, düyünlərin açılması və giriftarlıqların aradan getməsi üçün gərək hər gün Allahın bu adını 77 dəfə zikr edək. Ya Vədud! /Deyerler.org/ Oxşar xəbərlər
|